Belçikada podiumda 3 fərqli komanda!

Bu gün Belçikada mövsümün 12-ci yarışı baş tutub.

F-1.az xəbər verir ki, Həmilton pouldan başladığı yarışda qüsursuz performans göstərərək, qalib gəlib. İkinci yeri isə çempionatın lideri Sebastyan Fettel tutub. Podiumun son pilləsinə isə Daniel Rikkardo sahib çıxıb. Beləliklə, avstraliyalı sürücü Belçikada son 4 ildə 3-cü dəfə podiuma yüksəlib.

Ferrari komandasının digər sürücüsü Rəykkönen 4-cü, Bottas 5-ci, Hülkenberq 6-cı, Qrojan 7-ci, Massa 8-ci, Okon 9-cu, Saynz 10-cu yerləri tutublar.

Maks Ferstappen isə mexaniki problem yaşayaraq, bu mövsüm 6-cı dəfə mübarizəni vaxtından əvvəl dayandırıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*