Belçika Qran Prisi: Yarış

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +35° C Belçika Qran Prisinin start düzümü çox maraqlı alınmışdı. Cümə günü […]

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +35° C

Belçika Qran Prisinin start düzümü çox maraqlı alınmışdı. Cümə günü komandalar yağış üzündən yenilikləri yoxlaya bilməmişdilər, şənbə günü isə sıralanma turunun nəticələri gözlənilməz alınmışdı. Censon Batton McLaren-də ilk poulunu qazanıb, ikinci nəticəni isə Kamui Kobayaşi göstərib, keçənilki poulun sahibi Sebastyan Fettel isə bu dəfə heç ilk onluğa düşə bilməyib.

Stüardlar üç sürücünü cərimə ediblər – Uebber və Rosberq ötürmələr qutusuna görə 5 yer itiriblər, sıralanmada üçüncü olmuş Maldonado isə rəqibini bloka saldığı üçün 3 yer itirib. Hərçənd, Spada start mövqeyi elə də böyük əhəmiyyət kəsb etmir – 7 km uzunluğu olan trasda maşınların sürət fərqi elə də böyük olmayıb, Spada ötmələr digər avtodromlarda olduğundan çox asandır.

Əsas həlledici faktor təkərlərin yeyilməsi olub – cümə günü iki təkər tərkibinin effektliyini qiymətləndirmək mümkün olmayıb, ona görə də komandalar yarışın gedişində taktiki seçim etməli olublar. Starta Hülkenberq və Rosberqdən başqa bütün sürücülər yumşaq təkərlərlə çıxıblar.

Startda Batton liderliyini saxlayıb, Maldonado falstart edib. Kobayaşinin maşınında əyləclər tüstülənib və yerindən tez tərpənə bilməyib. Birinci döngədə isə ciddi qəza yaşanıb – Qrojan Həmiltonun maşınına çırpılıb, sonra digər maşınlara da dəyib – nəticədə, Qrojan, Həmilton, Alonso və Peres yarışı dayandırıblar.

Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb, ilk onluq: Batton – Rəykkönen – Hülkenberq – di Resta – Şumaher – Rikkardo – Vern – Uebber – Senna – Kovalaynen. Kobayaşi, Maldonado və de la Rosa boksa yönəliblər.

Marşallar maşınları evakuasiya ediblər, qəza yerini qırıntılardan təmizləyiblər və 5-ci dövrədə mübarizə davam edib. Batton liderliyini qoruyub, Maldonado Qloka hücum edib və mübarizəni dayandırıb. Hülkenberq Rəykköneni qabaqlayaraq ikinci yerə yükəslib, Şumaher di Restanı, Fettel isə Massa və Uebberi üstələyib.

9-cu dövrədə ilk onluq: Batton – Hülkenberq – Rəykkönen – Şumaher – di Resta – Rikkardo – Vern – Senna – Fettel – Uebber.

10-cu dövrədə di Resta pit-stoplar dalğasına start verib. Şumaher Rəykköneni keçərək üçüncülüyə yüksəlib. 11-ci dövrədə Rəykkönen və Uebber, 12-ci dövrədə Rikkardo, Massa və Petrov, 13-cü dövrədə Hülkenberq ilk pit-stoplarını reallaşdırıblar. Trasa Niko Kiminin arxasında qayıdıb, Fettel isə Sennanı qabaqlayıb.

Kovalaynen pit-stop zamanı yerindən tez tərpəndiyi üçün pitə daxil olan Kartikeyanla toqquşub.

14-cü və 15-ci dövrələrdə Rəykkönen, Hülkenberq, Rikkardo, Uebber və Massa növbə ilə Rosberqi keçiblər. 16-cı dövrədə Senna pitə baş çəkib. 19-cu dövrədə Fettel Şumaherə çatıb və son şikanada onu keçməyə çalışıb, yeddiqat dünya çempionu təkərləri bloksa salıb, mövqeyini uduzub və dərhal pit-leynə girib.

20-ci dövrədə Batton və Rosberq mexaniklərin yanına yollanıblar – Censon liderliyini qoruyub, 21-ci dövrədə Fettel də yeni təkər dəstinə keçib. 22-ci dövrədə ilk onluq: Batton – Rəykkönen – Hülkenberq – Uebber – Fettel – Massa – Rikkardo – Şumaher – Vern – Senna.

26-cı dövrədə di Resta, 27-ci dövrədə Hülkenberq, Uebber və Massa, 28-ci dövrədə Rəykkönen və Rikkardo pit-stop ediblər. Massa həmyerlisi Sennanı keçərək səkkizinci yerə yüksəlib.

31-ci dövrədə Kartikeya mübarizədən kənar qalıb, Rəykkönen isə Şumaheri qabaqlayıb, amma DRS zonasında Mixael mövqeyini geri qaytarıb. Sonrakı iki dövrə ərzində Kimi və Mxiael bir neçə dəfə mövqelərini dəyişiblər, nəhayət, finladniyalı sürücü “Qırmızı su”da önə çıxaraq rəqibindən uzaqlaşa bilib. Bundan sonra Şumaher Hülkenberqlə mövqe dəyişməyə başlayıb. 34-cü dövrədə ilk onluq: Batton – Fettel – Rəykkönen – Şumaher – Hülkenberq – Uebber – Massa – Senna – Rosberq – Vern.

35-ci dövrədə Şumaher sonuncu dəfə pitə yollanıb, Massa Uebberi qabaqlayaraq beşinci yerə yüksəlib. Toro Rosso sürücüləri növbə ilə Rosberqi qabaqlayıblar – Niko da sonuncu dəfə pitə yollanmalı olub.

Censon Batton startdan finişə qədər liderlik edərək karyerasında 14-cü, mövsümdə isə 2-ci qələbəsini qazanıb. Sebastyan Fettel və Kimi Rəykkönen podiuma qalxıblar. Niko Hülkenberq karyerasının ən yaxşı nəticəsini göstərərək dördüncü olub.

Çempionatda mübarizə gərginləşir və artıq gələn həftə Monsada davam edəcək…

Yer Pilot Komanda Motor Vaxt
01 C.Batton McLaren Mercedes 1.29:08.530
02 S.Fettel Red Bull Renault + 0:13.624
03 K.Rəykkönen Lotus Renault + 0:25.334
04 N.Hülkenberq Force İndia Mercedes + 0:27.843
05 F.Massa Ferrari Ferrari + 0:29.845
06 M.Uebber Red Bull Renault + 0:31.244
07 M.Şumaher Mercedes AMG Mercedes + 0:53.374
08 J.E.Vern Toro Rosso Ferrari + 0:58.865
09 D.Rikkardo Toro Rosso Ferrari + 1:02.982
10 P.di Resta Force İndia Mercedes + 1:03.783
11 N.Rosberq Mercedes AMG Mercedes + 1:05.111
12 B.Senna Williams Renault + 1:11.529
13 K.Kobayaşi Sauber Ferrari + 1:56.119
14 V.Petrov Caterham Renault + 1 dövrə
15 T.Qlok Marussia Cosworth + 1 dövrə
16 Ş.Pik Marussia Cosworth + 1 dövrə
17 H.Kovalaynen Caterham Renault + 1 dövrə
18 P.de la Rosa HRT Cosworth + 1 dövrə
N.Kartikeyan HRT Cosworth
P.Maldonado Williams Renault
S.Peres Sauber Ferrari
F.Alonso Ferrari Ferrari
L.Həmilton McLaren Mercedes
R.Qrojan Lotus Renault

Sürətli dövrə: Bruno Senna (Williams) – 1:52.822 (43-cü dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 F.Alonso Ferrari Ferrari 164
02 S.Fettel Red Bull Renault 140
03 M.Uebber Red Bull Renault 132
04 K.Rəykkönen Lotus Renault 131
05 L.Həmilton McLaren Mercedes 117
06 C.Batton McLaren Mercedes 101
07 N.Rosberq Mercedes AMG Mercedes 77
08 R.Qrojan Lotus Renault 76
09 S.Peres Sauber Ferrari 47
10 M.Şumaher Mercedes AMG Mercedes 35
11 F.Massa Ferrari Ferrari 35
12 K.Kobayaşi Sauber Ferrari 33
13 N.Hülkenberq Force İndia Mercedes 31
14 P.Maldonado Williams Renault 29
15 P.di Resta Force İndia Mercedes 28
16 B.Senna Williams Renault 24
17 J.E.Vern Toro Rosso Ferrari 8
18 D.Rikkardo Toro Rosso Ferrari 4
19 H.Kovalaynen Caterham Renault 0
20 V.Petrov Caterham Renault 0
21 T.Qlok Marussia Cosworth 0
22 Ş.Pik Marussia Cosworth 0
23 N.Kartikeyan HRT Cosworth 0
24 P.de la Rosa HRT Cosworth 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 272
02 McLaren Mercedes 218
03 Lotus Renault 207
04 Ferrari Ferrari 199
05 Mercedes AMG Mercedes 112
06 Sauber Ferrari 80
07 Force İndia Mercedes 59
08 Williams Renault 53
09 Toro Rosso Ferrari 6
10 Caterham Renault 0
11 Marussia Cosworth 0
12 HRT Cosworth 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Belçika Qran Prisi: Yarış

Quru. Buludlu. Havanın temperaturu +18° C, trasın temperaturu +26° C Startdan əvvəl komandalar FİA ilə ön təkərlərin dəyişdirilməsini müzakirə ediblər […]

Quru. Buludlu. Havanın temperaturu +18° C, trasın temperaturu +26° C

Startdan əvvəl komandalar FİA ilə ön təkərlərin dəyişdirilməsini müzakirə ediblər – dünənki sıralanma turundan sonra bəzi maşınların təkərlərində şişlər əmələ gəlib, təkərlər dənlə örtülüblər. Pirelli hətta lazımi sayda təkər də sifariş edib trasa gətizdirib, amma federasiya kütləvi əvəzləməyə icazə verməyib, daha doğrusu komandalar ümumi razılığa gələ bilməyiblər.

Red Bull, McLaren və Toro Rosso təkərləri dəyişməyə təkid etsələr də, onların Force İndia və Williams-dan olan rəqibləri əleyhinə səs veriblər. Nəticədə Red Bull sürücüləri ilə birlikdə Lyuis Həmilton və Xayme Algersuari zədəli təkərlərlə start alıblar.

Cümə və şənbə günləri Belçika trasına yağış yağdığı üçün komandalar sərbəst yürüşlərdə lazımi qədər işləyə bilməmişdilər. Amma proqnoz yarışa quru hava vəd etdiyi üçün sıralanma turunda komandalar quru sazlanmalara üstünlük vermişdilər. Düzdür, yağış üzündən optimal balans tapmaq heç də hamıya müəssər olmamışdı.

Startda Fettel poulun üstünlüyünü qoruya bilib, amma artıq Eau Rouge-da Niko Rosberq irəli çıxıb. Uebber isə uğursuz start alıb və 8-ci yerə düşüb, Massa Həmiltonu qabaqlayaraq 3 mövqe qazanıb, Senna Algersuariyə çırpılıb – Xayme yarışı dayandırmalı olub, Bruno isə boksa baş çəkdikdən sonra yarışı davam etdirib. Bir neçə dövrədən sonra stüardlar braziliyalı sürücünü pit-leyndən keçməklə cərimə ediblər.

İkinci dövrədə Alonso Həmiltonu qabaqlayaraq dördüncü yerə yüksəlib, 3-cü dövrədə isə Fettel Rosberqi keçərək liderliyi ələ alıb. 4-cü dövrədə Batton və Uebber boksa baş çəkiblər – Censonun maşınında ön antiqanadı da dəyişiblər. 5-ci dövrədə Alonso və Həmilton Massanı keçiblər. 6-cı dövrədə Fettel təkərlərini dəyişərək trasa yeddinci yerdə qayıdıb.

7-ci dövrədə isə Alonso Rosberqi üstələyərək yarışa liderlik etməyə başlayıb. Bir dövrə sonra Rosberqi Həmilton da keçib. Fettel isə təzə təkərlərlə arxada bir-bir ötmələr edərək sürətlə liderlərə yaxınlaşıb. 9-cu dövrədə Alonso yeni təkərlər alıb, eyni dövrədə onun ardınca Skuderiyanın mexanikləri Massanı da qəbul ediblər. 11-ci dövrədə Həmilton boksa getdikdən sonra Fettel yenidən yarışın lideri olub.

13-cü dövrədə Həmilton Kobayaşi ilə toqquşmadan sonra yarışı dayandırmalı olub və Təhlükəsizlik Maşını trasa çıxıb. Bundan istifadə edən sürücülər pitə tələsiblər, liderlərdən yalnız Fettel yeni sarı təkərlər alıb.

17-ci dövrədə yarışa restart verilib və elə birinci döngədə Fettel Uebberi qabaqlayaraq ikinciliyə yüksəlib, arxada isə Rosberq Massanı, Petrov Peresi qabaqlayıb. Bir neçə döngədən sonra Batton və Şumaher Peres-Petrov cütlüyünü üstələyiblər. 18-ci dövrədə Fettel Alonsonu keçərək yenə də liderliyi ələ alıb.

23-cü dövrədə Batton Sutili, 24-cü dövrədə Massanı, iki dövrə sonra Rosberqi qabaqlayaraq beşinci yerə yüksəlib. 29-cu dövrədə Peres mexaniki problemlər üzündən yarışı dayandırıb.

30-cu dövrədə Alonso ağ təkərlər alıb, 31-ci dövrədə Fettel, Rosberq, Massa, 32-ci dövrədə Uebber, Şumaher, Sutil, 33-cü dövrədə Batton və yenə də Massa mexaniklərinin qonağı olublar – braziliyalı sürücünün təzə təkərləri deşildiyi üçün təkrar pit-stopa getməli olub və trasa 12-ci yerdə qayıdıb.

35-ci dövrədə Şumaher Sutili üstələyərək altıncı yerə yüksəlib, 37-ci dövrədə Uebber Alonsonu ötərək ikinci yerə yüksəlib – Red Bull sürücüləri yarışa başçılıq ediblər.

40-cı dövrədə Şumaher Rosberqi keçib, 42-ci dövrədə isə Batton Alonsonu üçüncü yer uğrunda mübarizədə qabaqlayıb. Sonuncu dövrədə Petrov əyləc problemləri üzündən yavaşıyıb və Massanı irəli buraxıb.

Sebastyan Fettel inamla yarışda qələbə qazanaraq mövsümdəki qələbələrinin sayını 7-yə, karyerasındakı qələbələrin sayını isə 17-yə çatdırıb. Onun komanda yoldaşı Mark Uebber ikinci olmaqla Red Bull-a daha bir dubl yaşadıb. Censon Batton isə podiumun aşağı pilləsinə qalxıb.

Bu qələbədən sonra Fettelin və komandasının çempionatda qələbə qazanması şansları daha da möhkəmlənib. İki həftə sonra İtaliyada bizi daha bir maraqlı yarış gözləyir…

Yer Pilot Komanda Motor Vaxt
01 S.Fettel Red Bull Renault 1.26:44.893
02 M.Uebber Red Bull Renault + 0:03.741
03 C.Batton McLaren Mercedes + 0:09.669
04 F.Alonso Ferrari Ferrari + 0:13.022
05 M.Şumaher Mercedes GP Mercedes + 0:47.464
06 N.Rosberq Mercedes GP Mercedes + 0:48.674
07 A.Sutil Force İndia Mercedes + 0:59.713
08 F.Massa Ferrari Ferrari + 1:06.076
09 V.Petrov Lotus Renault GP Renault + 1:11.917
10 P.Maldonado Williams Coswort + 1:17.615
11 P.di Resta Force İndia Mercedes + 1:23.994
12 K.Kobayaşi Sauber Ferrari + 1:31.976
13 B.Senna Lotus Renault GP Renault + 1:32.985
14 Y.Trulli Team Lotus Renault + 1 dövrə
15 H.Kovalaynen Team Lotus Renault + 1 dövrə
16 R.Barrikello Williams Cosworth + 1 dövrə
17 J.D’Ambrozio Marussia Virgin Cosworth + 1 dövrə
18 T.Qlok Marussia Virgin Cosworth + 1 dövrə
19 V.Liutsi Hispania Cosworth + 1 dövrə
S.Peres Sauber Ferrari
D.Rikkardo Hispania Cosworth
L.Həmilton McLaren Mercedes
S.Buemi Toro Rosso Ferrari
X.Algersuari Toro Rosso Ferrari

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:49.883 (33-cü dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 259
02 M.Uebber Red Bull Renault 167
03 F.Alonso Ferrari Ferrari 157
04 C.Batton McLaren Mercedes 149
05 L.Həmilton McLaren Mercede 146
06 F.Massa Ferrari Ferrari 74
07 N.Rosberq Mercedes GP Mercedes 56
08 M.Şumaher Mercedes GP Mercedes 42
09 V.Petrov Lotus Renault GP Renault 34
10 N.Haydfeld Lotus Renault GP Renault 34
11 K.Kobayaşi Sauber Ferrari 27
12 A.Sutil Force İndia Mercedes 24
13 S.Buemi Toro Rosso Ferrari 12
14 X.Algersuari Toro Rosso Ferrari 10
15 S.Peres Sauber Ferrari 8
16 P.di Resta Force İndia Mercedes 8
17 R.Barrikello Williams Cosworth 4
18 P.Maldonado Williams Coswort 1
19 P.de la Rosa Sauber Ferrari 0
20 Y.Trulli Team Lotus Renault 0
21 V.Liutsi Hispania Cosworth 0
22 B.Senna Lotus Renault GP Renault 0
23 J.D’Ambrozio Marussia Virgin Cosworth 0
24 H.Kovalaynen Team Lotus Renault 0
25 T.Qlok Marussia Virgin Cosworth 0
26 N.Kartikeyan Hispania Cosworth 0
27 D.Rikkardo Hispania Cosworth 0
28 K.Çandhok Team Lotus Renault 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 426
02 McLaren Mercedes 295
03 Ferrari Ferrari 231
04 Mercedes GP Mercedes 98
05 Lotus Renault GP Renault 68
06 Sauber Ferrari 35
07 Force İndia Mercedes 32
08 Toro Rosso Ferrari 22
09 Williams Cosworth 5
10 Team Lotus Renault 0
11 Hispania Cosworth 0
12 Marussia Virgin Renault 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*