17 Dekabr 2018, Bazar ertəsi - 17:14

Belçika Qran Prisi: Pirelli – Medium və Hard

Belçika Qran Prisi: Pirelli – Medium və Hard

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:30 - 21 Avqust, 2013

Yay fasiləsindən əvvəl Formula1 komandaları Hunqarorinqdə çıxış etmişdilər – tras dünya çempionatının təqvimində ən yavaş traslardan biridir. Yay fasiləsindən sonra […]

Yay fasiləsindən əvvəl Formula1 komandaları Hunqarorinqdə çıxış etmişdilər – tras dünya çempionatının təqvimində ən yavaş traslardan biridir. Yay fasiləsindən sonra isə çempionat iştirakçılarını ən sürətli iki tras gözləyir – Spa və Monsa. Ona görə də Belçika yarışı yenilənmiş Pirelli təkərləri üçün ilk ciddi sınaq olacaq.

Həddən çox olan yüklənmələrin öhdəsindən gəlmək üçün təkər istehsalçısı Spaya ən bərk təkər cütlüyünü gətirəcək – Hard və Medium. Eyni zamanda, bu trasın xüsusiyyətlərindən biri də gözlənilməz və dəyişkən havadır – burda yağışın yağma ehtimalı həmişə yüksək olur. Bu isə o deməkdir ki, həftəsonunun gedişində komandalara yağış və ya keçid təkərləri də lazım ola bilər.

Pol Hembri, Pirelli Motorsport: “Spa təkcə əfsanəvi tras deyil, bizim üçün mövsümün gedişində təkərlərə ən çətin trasdır. Bunun əsas səbəbi isə bütün yarış məsafəsində təkərlərə düşən yüksək yüklənmələrdir – yüklənmələr həm şaquli (məsələn, Eau Rouge-da olduğu kimi), həm də üfüqi (məsələn, Blanchimont-da olduğu kimi) xarakter daşıyırlar.

Bəzi nöqtələrdə hər iki istiqamətdə yüklənmələr təkərə birdən təzyiq edirlər, bu isə onların işini daha da çətinləşdirir. Ona görə də təkərlə düzgün işləmək böyük əhəmiyyət kəsb edəcək, xüsusən də uzun məsafədə. Bu isə o deməkdir ki, komandalar bir neçə strategiya variantından seçim edə bilərlər.

Amma taktiki seçim zamanı havanı da nəzərə almaq lazımdır, hava bu yerlərdə çox dəyişkəndir, vəziyyət tez dəyişə bilər və uğurlu nəticə yağış və ya keçid təkərlərini vaxtında dəyişməklə əldə oluna bilər.

Trasda ötmələr üçün kifayət qədər yer var, əminəm ki, bizi çox maraqlı yarış gözləyir.”


Belçika Qran Prisi: Pirelli – Medium və Hard

Belçika Qran Prisi: Pirelli – Medium və Hard

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:32 - 23 Sentyabr, 2012

Keçən ildən fərqli olaraq bu dəfə Pirelli şirkəti Belçikaya bərk təkər cütlüyünü – Hard və Medium tərkiblərini gətirib. Pirelli Motorsport-un […]

Keçən ildən fərqli olaraq bu dəfə Pirelli şirkəti Belçikaya bərk təkər cütlüyünü – Hard və Medium tərkiblərini gətirib. Pirelli Motorsport-un başçısı Pol Hembri bu seçimi mövsümün 12-ci yarışını qəbul edəcək əfsanəvi trasın xüsusiyyətləri ilə əlaqələndirib…

Pol Hembri: “Spa mənim sevimli trasımdır. Bu yaxınlarda Spada keçirilən 24 saatlıq yarışa baş çəkmişdim və deyə bilərəm ki, trasın konfiqurasiyası və dəyişkən hava şəraiti bizə baxımlı yarış vəd edir.

Təkərlərə gəlincə, mövsümün ən tələbkar yarışlarından biridir – sürətlər yüksək və müxtəlif istiqamətli yüklənmələr də maksimum olur. Ona görə də sürücülərə Hard və Medium tərkibləri verəcəyik ki, startdan finişə qədər hücum etmək imkanları olsun.

Mövsümün birinci yarısı gərgin və sıx mübarizə ilə yadda qalıb, Formula1 tarixində hələ belə yüksək rəqabət səviyyəsi olmayıb. Ona görə də mövsümün davamını səbirsizliklə gözləyirik – hamı bilmək istəyir ki, yay tətilində hansı komanda daha çox inkişaf edib.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 333
Teqlər , , , , , , ,
Paylaş

logo