16 Dekabr 2017, Şənbə - 15:13

Belçika Qran Prisi: İkinci sərbəst yürüşlər

Belçika Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:06 - 22 Avqust, 2015

Quru. Günəşli. Havanın temperaturu +22°-24° C, trasın temperaturu +36°-39° C Bu gün Spada əla hava olub – isti, quru və […]

Quru. Günəşli. Havanın temperaturu +22°-24° C, trasın temperaturu +36°-39° C

Bu gün Spada əla hava olub – isti, quru və günəşli hava komandaların məhsuldar işləməsinə səbəb olub, tribunlar isə yerli Formula1 azarkeşləri ilə dolu olub.

Lotus nahardan əvvəl qəzaya urğamış Pastor Maldonadonun maşınını vaxtında bərpa edə bilməyib – Pastor sessiyanın ilk yarım saatını boksda gözləməli olub. Digər sürücülər isə ilk dəqiqələrdən trasa tələsiblər – bütün sürücülər ənənəvi proqram üzrə işləyiblər – sazlanmaların axtarışı və iki təkər tərkibinin effektliyinin qısa və uzun dövrələr seriyasında qiymətləndirilməsi.

İsti asfaltla Medium tərkibinin ilişməsi yaxşı alınmayıb – maşınlar trasda sürüşüblər və mühəndislər sürətlə ilişmə arasında kompromis axtarışında tədricən maşınların asfalta yatma qüvvəsini artırmalı olublar.

Kvyat və Nasr pit-leyndə az qalıb ki, toqquşsunlar – Red Bull komandası rusiyalı sürücüsünü pit-leyndən Felipe keçərkən buraxıb: Sauber sürücüsü zamanında əyləci basa bilib. Maldonado 8 dövrədən sonra əyləclərin qızması üzündən boksa qayıtmalı olub, amma tezliklə işini davam etdirib.

Sessiyanın ikinci yarısında sürücülər Soft tərkibinə keçiblər – yumşaq təkərlər daha effektiv olublar, sürət fərqi isə kəskin artıb.

Sessiyanın sonuna 25 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb – Blanchimont döngəsində Rosberqin maşınında sağ arxa təkər partlayıb. İnsident yerinə bir neçə kilometr qalmış təkərdə yavaş deşilmə müşahidə olunub, təkərdə hava təzyiqi tədricən düşüb, sonda isə təkər partlayıb. Maşın təxliyyə olunub, təkərin qırıntları trasda təmizlənib – 10 dəqiqədən sonra sessiyaya restart verilib.

Amma tezliklə marşallar yenə də qırmızı bayraqlara əl atmalı olublar – porebrik üzərində Eriksonun maşını idarəetməni itirib və trasdan çıxaraq böyük sürətlə qoruyucu baryerlərə çırpılıb. Markus maşını müstəqil tərk etsə də, yerli tibbi mərkəzə aparılıb – maşında yüksək yüklənmə indikatoru işləyib.

Sessiyanın sonunda isə Qrojanın maşını trasda dayanıb – motor gözlənilmədən gücünü itirib, amma qırmızı bayraqlara ehtiyac olmayıb, çünki sessiya baaş çatıb.

Səhər olduğu kimi, protokollara Niko Rosberq başçılıq edib – 1:49.385. F-1.az xatırladır ki, sabah səhər məşqlər davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.RosberqMercedes AMGMercedes1:49.38519
02L.HəmiltonMercedes AMGMercedes1:49.687+ 0.30223
03D.RikkardoRed BullRenault1:50.136+ 0.75115
04D.KvyatRed BullRenault1:50.399+ 1.01418
05K.RəykkönenFerrariFerrari1:50.461+ 1.07623
06N.HülkenberqForce İndiaMercedes1:50.461+ 1.07621
07R.QrojanLotusMercedes1:50.489+ 1.10421
08M.EriksonSauberFerrari1:50.709+ 1.32418
09F.NasrSauberFerrari1:50.928+ 1.54324
10S.FettelFerrariFerrari1:50.940+ 1.55523
11S.PeresForce İndiaMercedes1:50.971+ 1.58621
12K.SaynsToro RossoRenault1:51.037+ 1.65224
13M.FerstappenToro RossoRenault1:51.117+ 1.73225
14V.BottasWilliamsMercedes1:51.250+ 1.86525
15P.MaldonadoLotusMercedes1:51.317+ 1.93216
16F.MassaWilliamsMercedes1:51.588+ 2.20326
17C.BattonMcLarenHonda1:51.854+ 2.46916
18F.AlonsoMcLarenHonda1:52.570+ 3.18514
19U.StivensManorFerrari1:54.065+ 4.68017
20R.MerhiManorFerrari1:54.253+ 4.86814

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 219
Teqlər , , , , ,
Paylaş

logo