21 Noyabr 2018, Çərşənbə - 22:44

Belçika-2018: Yarış

Belçika-2018: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

18:51 - 26 Avqust, 2018

Lyuis Həmilton yay fasiləsindən sonrakı ilk yarışa bundan əvvəlki Ferrari-nin daha üstün göründüyü ardıcıl iki yarışdakı qələbələrlə əldə etdiyi 24 xallıq üstünlüklə gəlib. Hamı çempionatın taleyinin iki komandanın maşın üzərində gördükləri işlərdən asılı olduğunu bildirirdi. Həm Ferrari, həm də Mercerdes güc qurğusunu yeniləyiblər və 7 km-lik Spa trasında fərq çox cüzi olub.

F-1.az xatırladır ki, cümə günü baş tutan ilk məşqlərdə Fettel, ikinci məşqlərdə isə Rəykkönen hamıdan sürətli olub. Bu gün səhər baş tutan üçüncü məşq sessiyasında da protokollara Fettel başçılıq edib. Son sessiyasında yağışın yağdığı sıralanma turunda Həmilton poulun sahibi olub. Fettel ikinci yeri tutub, Force İndia sürücüləri isə start düzümündə ikinci cərgəni zəbt ediblər. Üçüncü cərgədə Qrojan və Rəykkönen özlərinə yer tapıblar, dördüncü cərgə isə Red Bull sürücülərinin olub.

Pirelli buraya Medium, Soft və SuperSoft təkərlərini gətirib.

Güc qurğusunu dəyişən Bottas, Hülkenberq, Sayns və Vandorn yarışa son iki cərgədən başlayıblar. Yarışa Sayns Medium, ilk onluqdan başlayan sürüclər SuperSoft, digərləri isə Soft təkərlərlə başlayıblar.

Fettel startda Həmiltonu keçməyə nail olmasa da, Kemmel düzlüyündə bunu bacarıb. Peres isə Okonu ötüb. Təkərlərini bloklayan Hülkenberq Alonso ilə toqquşub, ispan sürücü isə Leklerə çırpılıb və nəticədə hər üç sürücü mübarizəni dayandırıb. Bottas arxadan Sirotkinə çırpılıb. Rəykkönen Rikkardo ilə təmasda arxa sağ təkəri deşildiyi üçün pit-stop etməli olub. Arxa qanadı zədələnən Rikkardo da boksa çağrılıb. Lakin komanda maşını düzəldə bilib və avstraliyalı sürücü 2 dövrə geri düşsə də, trasa qayıdıb. 2-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Peres – Okon – Ferstappen – Qrojan – Maqnussen – Qasli – Eriksson – Sirotkin.

Vandorn və Bottas təkərlərini dəyişiblər. Dördüncü dövrədə restart elan edilib və Fettel liderliyini qoruyub. Sirotkin Erikssonu qabaqlasa da, isveçli sürücü yerini qaytara bilib. Sayns Hartlini ötüb.

Liderlər yarışı yüksək templə davam etdiriblər, lakin Fettel artıq 6-cı dövrədə fərqi 2.5 saniyəyə yüksəldib. Ferstappen 7-ci dövrədə Okonu keçib. Rəykkönen sükanın idarəedilməsindəki problemə görə yenidən pit-stop etməli olub. Bir dövrə sonra isə DRS sistemi bağlanmadığı üçün yarışı yarımçıq dayandırmalı olub. 10-cu dövrədə Ferstappen Peresi də qabaqlayaraq üçüncülüyə yüksəlib. 10-cu dövrədə ilk onluq: Fettel – Həmilton – Ferstappen – Peres – Okon – Qrojan – Maqnussen – Qasli – Eriksson – Sirotkin.

Bottas ardıcıl ötmələrlə 18-ci yerdən 8-ci yerə qədər yüksəlib. Həmilton 22-ci dövrədə təkərlərini dəyişib, Ferrari isə bu həmləyə dərhal cavab verib. Bir dövrənin hesabına Həmilton aradakı fərqi xeyli azaltsa da, Ferrari-nin yüksək tempi ötməyə imkan verməyib. Həmilton hələ pit-stopa getməmiş Ferstappeni üstələyib.

23-cü dövrədə Sayns, 24-cü dövrədə Qrojan və Stroll, 25-ci dövrədə Okon və Sirotkin pit-stop ediblər. Onları növbəti dövrələrdə Peres, Qasli, Ferstappen, Maqnussen, Eriksson, Vandorn və Bottas izləyiblər. Eriksson 10-cu yer uğrunda mübarizədə Hartlini üstələyib. 30-cu dövrədə ilk onluq: Fettel – Həmilton – Ferstappen – Peres – Okon – Bottas – Qrojan – Maqnussen – Qasli – Eriksson.

Rikkardo mühəndisin göstərişi ilə 31-ci dövrədə boksa qayıdıb və mübarizədən çəkilib. Bottas Okonu da keçərək beşinci olub. 41-ci dövrədə isə Peresi də üstələyib və 18-ci yerdən başladığı yarışda dördüncülüyə yüksəlib.

Sebastyan Fettel mövsümdə 5-ci, karyerasında isə 52-ci qələbəsini qazanıb və ümumi qələbə sayında Alen Prostu geridə qoyaraq üçüncülüyə yüksəlib. Lyuis Həmilton finiş xəttini ikinci keçib, Maks Ferstappen isə podiumun son pilləsinin sahibi olub.

İtaliyadakı yarış cəmi bir həftə sonradır və bizi sürətli Montsada maraqlı hadisələr gözləyir…

YerNSürücüKomandaZaman/FərqPit
15Sebastyan FettelFerrari1:23:34.4761
244Lyuis HəmiltonMercedes AMG+ 0:11.0611
333Maks FerstappenRed Bull+ 0:31.3721
477Valtteri BottasMercedes AMG+ 1:08.6052
511Serxio PeresForce İndia+ 1:11.0231
631Esteban OkonForce İndia+ 1:19.5201
78Roman QrojanHaas+ 1:25.9531
820Kevin MaqnussenHaas+ 1:27.6391
910Pyer QasliToro Rosso+ 1:45.8921
109Markus ErikssonSauber+ 1 dövrə1
1155Karlos SaynsRenault+ 1 dövrə1
1235Sergey SirotkinWilliams+ 1 dövrə1
1318Ləns StrollWilliams+ 1 dövrə1
1428Brendon HartliToro Rosso+ 1 dövrə1
152Stoffel VandornMcLaren+ 1 dövrə2

Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:46.286 (32-ci dövrə, 237.231 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Niko HülkenberqRenault1qəza
Fernando AlonsoMcLaren1qəza
Şarl LeklerSauber1qəza
Kimi RəykkönenFerrari9sükan idarəetməsi
Daniel RikkardoRed Bull31mexaniki problemlər

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas Motorsport231
25Sebastyan FettelScuderia Ferrari214
37Kimi RəykkönenScuderia Ferrari146
477Valtteri BottasMercedes AMG Petronas Motorsport144
533Maks FerstappenAston Martin Red Bull Racing120
63Daniel RikkardoAston Martin Red Bull Racing118
727Niko HülkenberqRenault Sport Formula 1 Team52
820Kevin MaqnussenHaas F1 Team49
914Fernando AlonsoMcLaren F1 Team44
1011Serxio PeresRacing Point Force India40
1131Esteban OkonRacing Point Force India37
1255Karlos SaynsRenault Sport Formula 1 Team30
1310Pyer QasliRed Bull Toro Rosso Honda28
148Roman QrojanHaas F1 Team27
1516Şarl LeklerAlfa Romeo Sauber F1 Team13
162Stoffel VandornMcLaren F1 Team8
179Markus ErikssonAlfa Romeo Sauber F1 Team6
1818Ləns StrollWilliams Martini Racing4
1928Brendon HartliRed Bull Toro Rosso Honda2

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas MotorsportMercedes375
2Scuderia FerrariFerrari360
3Aston Martin Red Bull RacingRenault238
4Renault Sport Formula 1 TeamRenault82
5Haas F1 TeamFerrari76
6McLaren F1 TeamRenault52
8Red Bull Toro Rosso HondaHonda30
9Alfa Romeo Sauber F1 TeamFerrari19
10Racing Point Force IndiaMercedes18
10Williams Martini RacingMercedes4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 487
Teqlər , , , , , , , ,
Paylaş

logo