19 Noyabr 2018, Bazar ertəsi - 07:14

Belçika-2018: İkinci sərbəst yürüşlər

Belçika-2018: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:38 - 24 Avqust, 2018

Proqnozlar bu günə yağış vəd etsə də, hər iki sessiya quru havada baş tutub. Lakin hava sərin olub.

F-1.az bildirir ki, komandalar ilk sessiyanı yeniliklərin sınaqdan keçirilməsinə həsr etsələr də, ikinci sessiyada uzun məafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamaqla məşğul olublar.

Çoxdandır sərin havada sessiya baş tutmayıb və təkərləri qızdırmaq heç də asan olmayıb. Komandalar həftəsonunun ən sərt tərkibi olan Medium-larla olduqca aktiv işləyiblər. Sessiyanın sonunda isə SuperSoft təkərlərə keçərək yaxçı nəticə göstərməyə kökləniblər.

Vandorn maşının altlığı dəyişildiyi üçün yarım saat vaxt itirib. Belçikalı sürücü maşının idarəedilməsindən şikayət edib və komanda onun konfiqurasiyasını dəyişmək qərarına gəlib.

Sürücülər bir neçə dəfə trasdan çıxsalar da, ciddi insidetn olmayıb. Protokollara bu dəfə Kimi Rəykkönen başçılıq edib – 1.43.355.

Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
17Kimi RəykkönenFerrari1:43.35529
244Lyuis HəmiltonMercedes AMG1:43.523+ 0:00.16828
377Valtteri BottasMercedes AMG1:43.803+ 0:00.44829
433Maks FerstappenRed Bull1:44.046+ 0:00.69125
57Sebastyan FettelFerrari1:44.129+ 0:00.77431
63Daniel RikkardoRed Bull1:44.250+ 0:00.89531
711Serxio PeresForce İndia1:44.662+ 0:01.30727
855Karslos SaynsRenault1:45.481+ 0:02.12629
99Markus ErikssonSauber1:45.537+ 0:02.18224
1016Şarl LeklerSauber1:45.622+ 0:02.26725
1127Niko HülkenberqRenault1:45.753+ 0:02.39828
128Roman QrojanHaas1:45.817+ 0:02.46229
1331Esteban OkonForce İndia1:45.935+ 0:02.58024
1420Kevin MaqnussenHaas1:46.078+ 0:02.72329
1510Pyer QasliToro Rosso1:46.080+ 0:02.72533
1614Fernando AlonsoMcLaren1:46.153+ 0:02.79828
1728Brendon HartliToro Rosso1:46.337+ 0:02.98235
1835Sergey SirotkinWilliams1:46.451+ 0:03.09635
1918Ləns StrollWilliams1:46.470+ 0:03.11534
202Stoffel VandornMcLaren1:46.496+ 0:03.14125

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 129
Teqlər , , , ,
Paylaş

logo