19 Noyabr 2018, Bazar ertəsi - 00:48

Belçika-2018: Günün sürücüsü – Sebastyan Fettel

Belçika-2018: Günün sürücüsü – Sebastyan Fettel

Müəllif: Elçin Zodorov, redaktor

19:13 - 26 Avqust, 2018

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonuna yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, 2-ci yerdən start alan, startdan dərhal sonra Lyuis Həmiltonu keçərək liderliyə yüksələn və yekunda qələbə qazanan Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Ferrari-nin alman sürücüsü cari mövsümdə Kanada və Fransa yarışlarından sonra üçüncü dəfə bu ada layiq görülür.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiFernando Alonso
Bəhreyn Qran PrisiPyer Qasli
Çin Qran PrisiDaniel Rikkardo
Azərbaycan Qran PrisiŞarl Lekler
İspaniya Qran PrisiLyuis Həmilton
Monako Qran PrisiDaniel Rikkardo
Kanada Qran PrisiSebastyan Fettel
Fransa Qran PrisiSebastyan Fettel
Avstriya Qran PrisiMaks Ferstappen
Britaniya Qran PrisiLyuis Həmilton
Almaniya Qran PrisiLyuis Həmilton
Macarıstan Qran PrisiDaniel Rikkardo
Belçika Qran PrisiSebastyan Fettel

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 150
Teqlər , , , ,
Paylaş

logo