Belçika-2017: Üçüncü sərbəst yürüşlər

Gecə yağan yağışa görə tras sessiyanın əvvəllərində nəm olub. Sürücülər ilk dəqiqələrdə keçid təkərlərlə boksları tərk ediblər, lakin tezliklə sliklərə keçiblər. Force İndia-nın sürücüləri isə trasa startdan yalnız 15 dəqiqə sonra quru təkərləri ilə çıxıblar.

F-1.az bildirir ki, dünən qəzaya görə ikinci sessisyanı buraxmalı olan Felipe Massa ehtiyat şassi ilə bütün texniki prosedurlardan keçib və bugünkü sessiyada iştirak edə bilib. Startdan 35 dəqiqə sonra Kvyat dayanmalı olub – onun maşınının mühərriyi güc itirib. Arxa tərəf alovlanıb, lakin marşallar operativ davranaraq alovu söndürüblər. Massa sarı bayraqlar altında sürətini azaltmayıb və hazırda stüardlar tərəfindən araşdırılır. Eriksson hidravlik sistemdə sızmaya görə boksa qayıtmalı olub və bir də sessiyanın sonunda trasa çıxa bilib.

Rəykkönen trasın yeni rekordunu müəyyənləşdirib və bu dəfə də protokollara başçılıq edib – 1.43.916. Sıralanma turunda bu nəticənin daha da yaxşılaşdırılacağı şübhə doğurmur. Bizi Bakı vaxtı ilə 16:00-dan etibarən poul uğrunda gərgin mübarizə gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 7 Kimi Rəykkönen Ferrari 1:43.916 17
2 5 Sebastyan Fettel Ferrari 1:44.113 + 0:00.197 15
3 44 Lyuis Həmilton Mercedes AMG 1:44.114 + 0:00.198 11
4 33 Maks Ferstappen Red Bull 1:45.034 + 0:01.118 13
5 77 Valtteri Bottas Mercedes AMG 1:45.230 + 0:01.314 18
6 3 Daniel Rikkardo Red Bull 1:45.286 + 0:01.370 18
7 30 Colion Palmer Renault 1:45.491 + 0:01.575 11
8 11 Serxio Peres Force İndia 1:45.857 + 0:01.941 14
9 55 Karlos Sayns Toro Rosso 1:45.942 + 0:02.026 18
10 14 Fernando Alonso McLaren 1:46.060 + 0:02.144 12
11 27 Niko Hülkenberq Renault 1:46.064 + 0:02.148 11
12 31 Esteban Okon Force İndia 1:46.179 + 0:02.263 14
13 8 Roman Qrojan Haas 1:46.196 + 0:02.280 14
14 2 Stoffel Vandorn McLaren 1:46.300 + 0:02.384 14
15 18 Ləns Stroll Williams 1:46.620 + 0:02.704 18
16 19 Felipe Massa Williams 1:46.667 + 0:02.751 22
17 20 Kevin Maqnussen Haas 1:46.690 + 0:02.774 13
18 26 Daniil Kvyat Toro Rosso 1:47.903 + 0:03.987 7
19 94 Paskal Verlyayn Sauber 1:48.296 + 0:04.380 17
20 9 Markus Eriksson Sauber 1:48.300 + 0:04.384 6
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*