19 Oktyabr 2017, Cümə axşamı - 12:47

Belçika-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Belçika-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:12 - 23 Avqust, 2017

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Spa trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 4-cü döngədə, 9-cu döngədən 15-ci döngəyədək işlənmiş təkərlərdən ibarət əlavə iki cərgə baryer quraşdırılıb. Əvvəllər 8-ci və 9-cu döngələrdə yerləşən metal baryer divarla əvəzlənib.

15-ci döngədə porebrik döngədən sonra sağ tərəfdəki asfalt sahəyə qədər uzadılıb, bu porebrikin qarşısında isə drenaj sistemi quraşdırılıb.

Son illər trasda DRS zonaları dəyişməz qalır. Birinci ötmə zonasının interval ölçmə nöqtəsi 2-ci döngəyə 240 metr qalmış, aktivasiya nöqtəsi isə 4-cü döngədən 310 metr sonra yerləşir.

İkinci ötmə zonasının ölçmə nöqtəsi 18-ci döngəyə 160 metr qalmış, aktivasiya nöqtəsi isə 19-cu döngədən 30 metr sonra yerləşir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 12. 658
Teqlər , , , ,
Paylaş

logo