23 Oktyabr 2017, Bazar ertəsi - 10:10

Belçika-2017: Tras və statistika

Belçika-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:05 - 24 Avqust, 2017

Belçikada yerləşən Spa Frankorşam trası ilk dəfə 1921-ci ildə yarış qəbul edib, trasın əsasını La Meuse qəzetinin redaktoru Jül de Tyer və ölkənin Kral Avtomobil Klubunun idman şöbəsinin başçısı Henri van Ofem qoymuşdular.

Onlar üç yaşayış məntəqəsini birləşdirən yerli yollardan yarış trası kimi istifadə etməyi qərara almışdılar, nəticədə çox sürətli yarış trası alınmışdı. Demək olar ki, bu tras “təbii yolla” alınmışdı, tras həm sürücülərin, həm də tamaşaçıların xoşuna gəldi və tezliklə müxtəlif seriya və siniflərin yarışlarını qəbul etməyə başladı. 1924-cü ildə bu trasda ilk dəfə olaraq “Frankorşamın 24 saatı” sutkalıq yarışı, bir il sonra isə ilk Qran Pri keçirilmişdi. Starta cəmi yeddi maşın çıxmışdı, qələbəni isə Alfa Romeo-dan Antonio Askari (gələcək ikiqat dünya çempionunun atası) bayram etmişdi.

İlk “süni” döngə (Raidillon – “yolun çətin hissəsi”) trasın konfiqurasiyasına 1938-ci ildə əlavə olunub. Bu döngə ilə trası daha gərgin və sürətli etmək planlaşdırılırdı, o zaman Almaniyanın məşhur Nürburqrinq trası ilə rəqabət gedirdi. Müharibə zamanı trasda yarış keçirilməyib, 1947-ci ildən isə yenidən iş qızışıb. 1950-ci ildən isə tras Formula1 təqvimində yerini alıb. İlk iyirmi ildə trasın uzunluğu 14 km-dən uzun idi!

Yüksək sürətlər və döngələr Spada təhlükəsizlik məsələlərini həmişə önə çəkirdi. 1960-cı ildə iki sürücü (Mayk Teylor və Stirlinq Moss) sərbəst yürüşlərdə ağır zədə aldılar, iki sürücü isə (Kris Bristou və Alan Steysi) yarışda həlak oldular. 1966-cı ildə ciddi kütləvi qəzadan sonra (starta çıxmış 15 maşından 8 maşın qəzaya düşmüşdü) çiyin və qabırğasını sındırmış Ceki Stüart bu trasda təhlükəsizliyi artırmaq kompaniyasına başladı. Daha sonra bu kompaniyaya Qran Pri sürücülərinin Assosiasiyası da qoşuldu. Düzdür, 1970-ci ildə trasın konfiqurasiyasında dəyişiklik edilsə də (şikana əlavə olunmuşdu), bu il 14 km-lik trasın son yarışı oldu.

Növbəti 13 ildə Belçika Qran Prisi iki dəfə Niveldə və 10 dəfə Zolderdə keçirildi.

Spada isə 1979-cu ildən başlayan yenidənqurma işləri 1983-cü ildə başa çatdı: trasın uzunluğu iki dəfədən çox qısaldıldı və konfiqurasiyası tam dəyişdirildi. Həmin il yarış köhnə ad altında tamamilə yeni trasda keçirildi.

O vaxtdan trasda 3 dəfə yarış keçirilməyib: 1984-cü ildə yarış Zolderdə keçirilib, 2003-cü ildə tütün qadağasına görə yarış keçirilmədi və 2006-cı ildə təşkilatçıların maliyyə problemləri üzündən yarış baş tutmadı.

Bu illər ərzində tras bir neçə dəfə konfiqurasiyasını dəyişib, hətta start xətti yerini dəyişib, yeni döngə və şikana əmələ gəlib, trasın uzunluğu da dəyişib. Amma bütün bunlara baxmayaraq, bu tras sürücülərin sevimlisi olaraq qalmaqdadır. Trasda ancaq istedadlı sürücülər qalib gəliblər, Mixael Şumaxer burada altı qələbə qazanıb, Ayrton Senna – 5, Cim Klark və Kimi Rəykkönen – 4, Fanxio və Deymon Hill – 3, Alberto Askari, Alen Prost, Sebastyan Fettel və Lyuis Həmilton isə 2 qələbə qazanıblar. Bu trasda qalib gələn 23 sürücüdən 16 nəfəri dünya çempionu olub…

 

2017 FORMULA 1 PIRELLI BELGIAN GRAND PRIX
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
25-27 avqust 2017Spa7004 m44308.052 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Spa orta sürət göstəricisinə görə təqvimdə yalnız Montsaya uduzur. Adətən, cümə günü komandalar aerodinamikanın minimum zəruri konfiqurasiyası ilə məşqlərə başlayırlar və orta sektorda stabillik üçün tədricən maşını asfalta sıxırlar.

Spada mühəndislər düz yollarda sürət və yavaş döngələrdə idarəetmə arasında kompromis axtarışında üstünlüyü sürətə verirlər. Qaz pedalı döşəməyə basılmış vəziyyətdə sürücülər böyük məsafə qət etdikləri üçün Spada yanacaq sərfiyyatı da yüksəkdir. Porebriklərə hücum az olduğu üçün asılqanlar da böyük sürətlərə uyğun sazlanır, Eau Rouge və Raidillon döngələrində yüksək yüklənmələrə tab gətirmək üçün effektiv mexaniki sazlanmalar gərəkdir.

Əyləclərin yüklənməsi orta səviyyədədir, hava çox isti olmur və yalnız 3 ciddi əylənmə nöqtəsi (La Source, Les Combes və Bus Stop) var. Yarışın startında qəzaların çox olması Təhlükəsizlik Maşınının trasa çıxması ehtimalını artırır.

2016-cı ilin Belçika Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərGünəşli. QuruNiko RosberqMercedes AMG1:48.348
2-ci sərbəst yürüşlərGünəşli. QuruMaks FerstappenRed Bull1:48.085
3-cü sərbəst yürüşlərGünəşli. QuruKimi RəykkönenFerrari1:47.974
Sıralanma turuGünəşli. QuruNiko RosberqMercedes AMG1:46.744
Yarışda sürətli dövrəGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:51.583

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Belçika Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Belçika Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
25 avqust1-ci sərbəst yürüşlər12:00
25 avqust2-ci sərbəst yürüşlər16:00
26 avqust3-cü sərbəst yürüşlər13:00
26 avqustSıralanma turu16:0015:50
27 avqustYarış16:0015:50

 

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli trasa ən yumşaq üçlüyü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək. Yarışın gedişində SuperSoft və ya Soft-dan mütləq istifadə olunmalıdır. Keçən il sürücülər Medium və Soft tərkibləri ilə yarışı 2 və ya 3 pit-stopla başa vurmuşdular.

SürücüKomandaSoftSuperSoft UltraSoft
Lyuis HəmiltonMercedes AMG436
Valtteri BottasMercedes AMG346
Daniel RikkardoRed Bull139
Maks FerstappenRed Bull139
Sebastyan FettelFerrari337
Kimi RəykkönenFerrari337
Serxio PeresForce İndia346
Esteban OkonForce İndia346
Felipe MassaWilliams157
Ləns StrollWilliams157
Fernando AlonsoMcLaren229
Stoffel VandornMcLaren139
Karlos SaynsToro Rosso238
Daniil KvyatToro Rosso238
Roman QrojanHaas346
Kevin MaqnussenHaas436
Niko HülkenberqRenault238
Colion PalmerRenault238
Paskal VerlyaynSauber337
Markus ErikssonSauber247

 

STATİSTİKA

Hazırkı pilotların Belçika Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
S.Fettel1096142
L.Həmilton1091352
K.Rəykkönen1275154
F.Massa126421
F.Alonso13613
D.Rikkardo64621
N.Hülkenberq725
S.Peres624
V.Bottas5211
R.Qrojan6191
D.Kvyat314
M.Ferstappen24
M.Eriksson31
K.Sayns2
K.Maqnussen2
P.Verlyayn1
C.Palmer1
E.Okon1
S.Vandorn
L.Stroll

 

Belçika Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
28.08.2016SpaN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
23.08.2015SpaL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
24.08.2014SpaN.RosberqMercedes AMGD.RikkardoRed Bull
25.08.2013SpaL.HəmiltonMercedes AMGS.FettelRed Bull
02.09.2012SpaC.BattonMcLarenC.BattonMcLaren
28.08.2011SpaS.FettelRed BullS.FettelRed Bull
29.08.2010SpaM.UebberRed BullL.HəmiltonMcLaren
30.08.2009SpaC.FizikellaForce İndiaK.RəykkönenFerrari
07.09.2008SpaL.HəmiltonMcLarenF.MassaFerrari
16.09.2007SpaK.RəykkönenFerrariK.RəykkönenFerrari
11.09.2005SpaX.MantoyyaMcLarenK.RəykkönenMcLaren
29.08.2004SpaY.TrulliRenaultK.RəykkönenMcLaren
01.09.2002SpaM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
02.09.2001SpaX.MantoyyaWilliamsM.ŞumaxerFerrari
27.08.2000SpaM.HəkkinenMcLarenM.HəkkinenMcLaren
29.08.1999SpaM.HəkkinenMcLarenD.KulthardMcLaren
30.08.1998SpaM.HəkkinenMcLarenD.HillJordan
24.08.1997SpaJ.VilnövWilliamsM.ŞumaxerFerrari
25.08.1996SpaJ.VilnövWilliamsM.ŞumaxerFerrari
27.08.1995SpaG.BergerFerrariM.ŞumaxerBenetton
28.08.1994SpaR.BarrikelloJordanD.HillWilliams
29.08.1993SpaA.ProstWilliamsD.HillWilliams
30.08.1992SpaN.MənsellWilliamsM.ŞumaxerBenetton
25.08.1991SpaA.SennaMcLarenA.SennaMcLaren
26.08.1990SpaA.SennaMcLarenA.SennaMcLaren
27.08.1989SpaA.SennaMcLarenA.SennaMcLaren
28.08.1988SpaA.SennaMcLarenA.SennaMcLaren
17.05.1987SpaN.MənsellWilliamsA.ProstMcLaren
25.05.1986SpaN.PikeWilliamsN.MənsellWilliams
15.09.1985SpaA.ProstMcLarenA.SennaLotus
22.05.1983SpaA.ProstRenaultA.ProstRenault

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 12. 795
Teqlər , ,
Paylaş

logo