23 Oktyabr 2017, Bazar ertəsi - 02:45

Belçika-2017: İkinci sərbəst yürüşlər

Belçika-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:40 - 25 Avqust, 2017

Spada tribunalar artıq cümə günündən dolub. Eynilə, tras da boş qalmayıb – komandalar gətirdikləri çoxsaylı yenilikləri intensiv proqramla yoxlamağa davam ediblər.

F-1.az bildirir ki, Massa ikinci sessiyada iştirak etməyib. Komanda nahardan əvvəl qəzaya uğrayan braziliyalı sürücü üçün yeni şassi yığmalı olub və texniki təftişdən keçmək lazım gəlib. Felipenin sabah səhərki məşqlərdə iştirak edəcəyi gözlənilir.

Rikkardo güc qurğusunda problemlə qarşılaşıb. Lakin komanda operativ işləyib və avstraliyalı sürücü proqramına davam edə bilib. Eriksson maşının altlığı dəyişildiyi üçün xeyli vaxt itirib. Sürücülər sessiyanın əvvəlində UltraSoft təkərlərlə qısa dövrələr vurublar. Sonra isə aşınmanı qiymətləndirmək üçün uzun məsafələr qət etməyə başlayıblar. Lakin son 20 dəqiqədə yağan yağış buna mane olub. Alonso və Rikkardo yağışda trasa çıxıblar, lakin su çox olduğundan boksa qayıtmalı olublar.

Həmilton protokollara başçılıq edib – 1:44.753. Bu nəticə Trullinin 2009-cu ildə trasın rekordunu müəyyən etdiyi nəticəyə 0.253 saniyə uduzur. Məşqlər sabah səhər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:44.75317
27Kimi RəykkönenFerrari1:45.015+ 0:00.26221
377Valtteri BottasMercedes AMG1:45.180+ 0:00.42717
433Maks FerstappenRed Bull1:45.225+ 0:00.47216
55Sebastyan FettelFerrari1:45.235+ 0:00.48220
63Daniel RikkardoRed Bull1:46.072+ 0:01.31915
727Niko HülkenberqRenault1:46.441+ 0:01.68824
831Esteban OkonForce İndia1:46.473+ 0:01.72019
955Karlos SaynsToro Rosso1:46.561+ 0:01.80819
1030Colion PalmerRenault1:46.670+ 0:01.91723
1114Fernando AlonsoMcLaren1:46.743+ 0:01.99020
1211Serxio PeresForce İndia1:46.984+ 0:02.23118
138Roman QrojanHaas1:47.285+ 0:02.53215
142Stoffel VandornMcLaren1:47.303+ 0:02.55017
1526Daniil KvyatToro Rosso1:47.450+ 0:02.69712
1620Kevin MaqnussenHaas1:47.556+ 0:02.80315
1718Ləns StrollWilliams1:47.861+ 0:03.10813
189Markus ErikssonSauber1:49.214+ 0:04.46112
1994Paskal VerlyaynSauber1:49.725+ 0:04.97218

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 327
Teqlər , , , , , ,
Paylaş

logo