23 Oktyabr 2017, Bazar ertəsi - 15:20

Belçika-2017: Günün sürücüsü – Lyuis Həmilton

Belçika-2017: Günün sürücüsü – Lyuis Həmilton

Müəllif: Elçin Zodorov, redaktor

18:27 - 27 Avqust, 2017

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa pouldan başlayan, son dövrələrdə UltraSoft təkərlərə keçən Sebastyan Fettelin hücumlarını dəf edərək mövsümdə beşinci qələbəsini qazanan Mercedes AMG sürücüsü Lyuis Həmilton “Günün Sürücüsü” seçilib. Britaniyalı sürücü bu ada ikinci dəfədir layiq görülür. Maraqlıdır ki, keçənilki Belçika Qran Prisində də “Günün Sürücüsü” məhz o seçilmişdi.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiSebastyan Fettel
Çin Qran PrisiMaks Ferstappen
Bəhreyn Qran PrisiSebastyan Fettel
Rusiya Qran PrisiValtteri Bottas
İspaniya Qran PrisiSebastyan Fettel
Monako Qran PrisiSebastyan Fettel
Kanada Qran PrisiSebastyan Fettel
Azərbaycan Qran PrisiLəns Stroll
Avstriya Qran PrisiValtteri Bottas
Britaniya Qran PrisiDaniel Rikkardo
Macarıstan Qran PrisiKimi Rəykkönen
Belçika Qran PrisiLyuis Həmilton

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 881
Teqlər , , , ,
Paylaş

logo