15 Dekabr 2017, Cümə - 10:23

Belçika-2016: Texniki analiz

Belçika-2016: Texniki analiz

Müəllif: Afgan Haji, redaktor

14:13 - 05 Sentyabr, 2016

Komandalar mövsümboyu yeniliklər üzərində işləyirdilər. Bir aylıq yay fasiləsindən sonrakı ilk yarışa – Bekçika Qran Prisinə çox sayda yeniliklər gətirilib.
F-1.az Ferrari,Mercedes AMG, Red Bull, Williams və Toro Rosso-nun yeniliklərini təqdim edir.

Ferrari

Ferrari SF 16-H-ın ön qanadının variantları

Belçikada Ferrarini müqayisəli sınaqlar gözləyirdi – komanda kvalifikasiya və yarış üçün maşının ən yaxşı variantını axtarıb tapmalı idi.

Bizim şəkildə göstərilən iki ön qanadın yuxarı olanından komanda mövsümün əksər müddəti ərzində istifadə etmişdir – bu, əsas kaskadın üç yuxarı (ağ) bağlayıcıları ilə olan variantdır, özü də bunlardan ən ucqar olanının arxa haşiyə-kənarı bir qədər “gödəldilib” (1).

Ferrari SF 16-H-ın ön qanadı
Ferrari SF 16-H-ın ön qanadı

 

Aşağı qanad sonuncu dəfə Bakıda sınaqdan keçirilib, o zaman komanda avtomobilin ön hissəsində nə qədər yüklənmə səviyyəsinin lazım olması ilə bağlı bir qərara gələ bilmirdi.

Spa-da Ferrari həmçinin, uzun düz kəsimləri olan trasın tələblərinə uyğun şəkildə, az ön müqavimət tələb edən tarazlaşdırılmış variant tapmalı idi. Nəzəriyyədə bu, aerodinamikanın daha “sürətli” spesifikasiya seçiminə sürükləyir. Lakin çoxsaylı müxtəlif dönmələrə malik ikinci sektor da həmçinin, ciddi tələblər irəli sürür və daha çox asfalta yatma qüvvəsi olan versiyadan istifadəyə vadar edir.

Diqqətə alınması zəruri olan digər amil – elə Bakıdakı kimi – aerodinamik balansın təkərlərin qızmasına təsiridir.

Bütövlükdə bu, kompromis sənətidir və pilotlara mühəndislərlə birlikdə təkcə sıralama rejimli templə bir neçə sürətli dövrə deyil, bütün yarış ərzində yaxşı işləyəcək variant axtarıb tapmaq lazım idi.

 

Ferrari SF16-H-ın “üfürmə” oxunda və diffuzorunda dəyişikliklər

Belçika Qran Prisində maşından mümkün olan maksimumu əldə etmək üçün Ferraridə onun konstruksiyasına kiçik dəyişikliklər etmək qərarına gəldilər.  

“Üfürmə” oxu

Adətən Ferrari disklərdəki mərkəzi dəliyin çöl tərəfini açıq saxlayırdı ki, əyləcin havauducusuna düşmüş axına diskin mərkəzində səth vasitəsilə başdan-başa keçmək imkanı versin və təkərin qasırğalı “izi” ilə qarşılıqlı təsirdə ola bilsin. Bu, axını bolidin altına səmərəli şəkildə yenidən istiqamətləndirməyə kömək edir (2).

“Üfürmə” oxu
“Üfürmə” oxu

 

Ancaq Spa-da komanda diskdəki dəliyi “möhürləyib”. Bu, havanın həmin sahədəki hərəkətinin ümumi mənzərəsini dəyişdirib. Effekt, “üfürmə” oxunun sürət az olan sahələrdə gətirdiyi kimi fayda gətirmədiyi yüksək sürət zamanı xüsusilə nəzərə çarpan olacaq.

 

Diffuzor

Dəyişikliklər qırmızı maşının diffuzoruna da toxunub. Onun mərkəzi hissəsində sonucluq daha güclü əyilməni alıb, elə buradaca yan hissələrdə yerləşmiş qanadcığın təhlükəsizlik strukturları da həmçinin, bir qədər başqa cizgilərə malik olublar – o cümlədən onlar arasındakı yarıqlar daha da genişlənib (3).

Diffuzor
Diffuzor

 

Ferrari SF16-H-ın arxa qanadının sıralama və yarış üçün dəyişdirilməsi

Şənbə günü, rəqiblərindən geri qaldığını hiss edərək, Ferrari bolidlərində asfalta yatma qüvvəsini artırmaq qərarına gəlib.

Cümə günü komanda arxa antiqanaddan Bakı trası üçün olan konfiqurasiyada istifadə etmişdi (4) – o asfalta yatma qüvvəsinin aşağı səviyyəsini təmin edir.

Ferrari SF16-H-ın arxa qanadı
Ferrari SF16-H-ın arxa qanadı

 

Hər iki səth daha az hücum bucağına malikdir, bu səbəbdən yan lövhələrdə yalnız üç ədəd yetərincə qısa dəlik-jalüzlər üçün yer qalıb, kənarlardakı qasırğa generatorlarından isə tamamilə imtina edilmişdi.

Amma üçüncü sərbəst yürüşlərdə Ferrari mühəndisləri tarazlığı yaxşılaşdırmaq və Spa-dakı trasın ikinci sektorunda asfalta yatma qüvvəsini əlavə etmək üçün düz yerlərdə sürətin bir hissəsini qurban vermək qərarına gəliblər. Bolidlərdə, bizim mövsümün əksər hissəsi ərzində gördüyümüz yeni qanad versiyası peyda olub (5).

Ferrari SF16-H-ın arxa qanadı
Ferrari SF16-H-ın arxa qanadı

 

Bu cür addım, Scuderia-nı Red Bull-la döyüşün gözlədiyi yarışda xüsusilə faydalı ola bilərdi. Daxil edilmiş dəyişikliklər təkərlərin daha az sərf edilməsinə gətirib çıxarmalı idi ki, bu da daha uzun məsafələr qət etməyə imkan verəcəkdi.

 

Williams

Williams-da yuxarı havauducudan qanadcıq götürülmüşdü.

Sonuncu bir neçə Qran Prini komanda qlobal məsələlərin həllinə həsr edib. Macarıstanda hətta maşının mart spesifikasiyasına qayıtmaq qərara alınmışdı. Şübhə yoxdur ki, vəziyyət çox ciddidir (6).

6

 

Williams bu zaman boyunca qətiyyətli addım ataraq, artıq Almaniyada yeni detalların böyük hissəsini bolidlərə qaytarmışdı. FW38-in Spa-da hansı konfiqurasiyada yığılacağına nəzər yetirmək bununla daha maraqlı idi.

Məlum oldu ki, şassi bəzi yenilənmələr əldə edib, amma həm də nələrdənsə məhrum olub. O cümlədən – havauducu qövsün üzərində pilotun başının arxasında yerləşən komandanın ötən ildən istifadə etdiyi bir cüt kiçik qanadcıqlar yox idi (7).

7

 

Ehtimal etmək olar ki, – Williams-da – eləcə də maşınlarının oxşar həllə malik olduğu Ferrari-də – bu elementlər axına daha rəvan struktur vermək üçün istifadə olunur, hansı ki, əks halda bu axın havauducu və mühərrikin kapotu ilə təmas nəticəsində qıcıqlanacaq ki, bu da onun arxa qanada çatdığı vaxt yaxşı tərzdə əks olunmaz.

Bundan irəli gələrək, qanadcıqlardan imtina ona şahidlik edə bilər ki, Bakıda peyda olmuş və yenidən Belçikada istifadə olunan yeni qanadlar (illüstrasiyada aşağıdadır) onlarsız daha səmərəli çalışır, xüsusən də, ötmələr zamanı (8).

8

 

Həmçinin, başlıq foto Williams-ın Spa-da kokpitin yanlıqları üzrə maksimal səmərəli soyutma konfiqurasiyasından istifadəyə üstünlük verdiyini görməyə imkan verir: yalnız pontonların üfüqi səthinin dəlik-jalüzləri deyil, həm də pilotun başını qoruyan elementlərdəki diaqonal dəliklər cəlb edilib.

 

Mercedes

Mercedes-in arxa antiqanadı

Cümə axşamındakı texniki inspeksiyaya Mercedes – Avropa Qran Prisindən sonra ilk dəfə olaraq əyilmiş arxa qanadlı avtomobil təqdim elədi. Görünürdü ki, biz yenidən onu yarışda görəcəkdik (9).

Mercedes-in arxa antiqanadı
Mercedes-in arxa antiqanadı

 

Belə bir dizayn özü-özlüyündə yenilik deyildi. Lap bu yaxınlarda onu Mercedes özü tətbiq eləmişdi – ötən mövsümdə Spa-da.

Lakin bu il qüvvəyə minmiş dəyişikliklər komandaya imkan verdi ki, qanadın aşağı mərkəz hissəsini 50 mm enəltsin – 150 mm-dən 200 mm-ə çatdırsın – bu da öz növbəsində başlıca və əlavə səthlərin əyilmiş hissələrinə keçidin kəskinliyini azaltmağa imkan verdi.

 

 

Bizim videoda qanadın Bakıda məruz qaldığı dəyişikliklər təfərrüatlı şəkildə göstərilib. Həmin konstruksiyadan istifadənin səbəbini belə bir fakt təşkil edir ki, daha dərin mərkəzi seksiya ucbatından o adətən qanadda olan elə eyni asfalta yatma qüvvəsi səviyyəsini təmin edir. Ancaq bu zaman çöl hissələrinin səthinin az olan sahəsi qabaq müqaviməti azaltmalıdır.

 

Red Bull

Red Bull RB12-nin ön qanadı

Əgər yenilənmələrdən danışılsa, etiraf etmək lazımdır – bu mövsümdə Red Bull özünü təvazökar aparıb, diqqəti özünə cəlb etməyib.

Lakin Belçikaya komandalar birdən-birə bir neçə ön qanad variantları gətirdilər ki, özlərinin Mercedes-dən geri qalmalarını daha artıq ixtisar edə bilsinlər.

Bunların birində (10) balaca kaskad əvvəlkindən bir qədər enli olub. Onun daxili yan lövhəsi çöl tərəfə bir qədər güclü şəkildə əyilir və sərtliyin təmin edilməsi üçün olan əsas müstəvi ilə daha çulğalaşmır – bu rol maşının oxuna azacıq yaxın quraşdırılmış başqa Г-şəkilli şaquli elementin üzərinə qoyulub.

10

 

Diqqət yetirin ki, kəsilmiş versiyadan fərqli olaraq (aşağıdakı fotoda) “tamçəkili” spesifikasiya baş kaskadın ucqar elementində tamqiymətli sonuc kənar-haşiyəyə malik olur.

Həmçinin, Red Bull-un sərəncamında baş kaskadın yenidən nəzərdən keçirilmiş yuxarı bağlayıcılı dəyişdirilmiş variantı var ki, indi onun ön oxa yük düşümünü azaltmaq üçün bir parçası kəsilmişdir – oxşar yanaşmadan Bakıda istifadə edilib, amma onda orta hissədəki kərtik-keçirmə daha böyük miqyaslı idi (11).

11

 

Belə həll kompromislidir – onunla burulmuş ikinci sektordakı sabitlik bir qədər azalacaq, əvəzində o uzun düz yol hissələrində tempin artırılmasını təmin edəcək.

Belə addım həmçinin, səmərəliyə və təkərlərin aşınmasının sürətinə kritik mühüm təsir göstərəcək, ona görə də məşqlərdə komanda avtomobillərin davranışını diqqətlə izləyir və yarışçıların rəylərinə qular verirdi.

Bundan başqa, kiçik kaskadın yan hissəsində qanadın digər elementləri ilə eyni ahəngdə işləyən iki qanadcıq yerləşib ki, bunlar havanı təkərin ikinci səthinin yanına istiqamətləndirməyə və sonra da təkər tərəfindən qasırğalı hava axınını yaxşılaşdırmağa kömək edir.

 

Toro Rosso

Toro Rosso STR11-in ön qanadı

İtaliya komandasının mühəndisləri öz sınaqlarını davam etdirirlər: yalnız bu Ferrari-nin ötənilki Spa-Frankoşamın düzlüklərindəki sürət çatışmazlığını kompensasiya eləməyə imkan verə bilər (12).

12

 

Yay tətili öncəsi son Almaniya yarışına Toro Rosso özündə yeni ön qanadı birləşdirən yeniləndirilmiş “V spesifikasiyası” hazırladı. Lakin bu, kollektivə həmin sahədə Belçika üçün də nəsə hazırlamağa mane olmadı – nəticədə Spa-dakı tras üçün paket alındı.

Yekunda komanda öz sərəncamında ön qanadlar üçün bir cüt varianta malikdir – və onlardan hər biri ilə STR11-in trasda necə işlədiyini anlamağa cəhd göstərir. Toro Rosso kəsilmiş yuxarı müstəvili ön qanad konfiqurasiyasından artıq ilk dəfə istifadə etməyirdi – aerodinamik yüklənmənin dəyişməsinin bütövlükdə dövrə üzrə bolidin balansına təsirini qiymətləndirmək üçündür (13).

13

 

Diqqət yetirin ki, qanadın başqa bir versiyası (12-ci şəkil) da həmçinin, baş kaskadın yuxarı müstəvisinin çox qısa xordasına malikdir.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə
Baxış Sayı 306
Teqlər , , , , , ,
Paylaş

logo