22 Oktyabr 2017, Bazar - 23:09

Belçika-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Belçika-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:44 - 23 Avqust, 2016

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Spa trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 7-ci döngənin çıxışındakı porebrik və süni ot sahəsi çınqıllı təhlükəsizlik zonasının sonunadək uzadılıblar. 15-ci döngənin çıxışındakı süni ot sahəsi isə yaşıl boya ilə rənglənmiş asfalt sahəsinə qədər uzadılıb.

Son illər trasda DRS zonaları dəyişməz qalır. Birinci ötmə zonasının interval ölçmə nöqtəsi 2-ci döngəyə 240 metr qalmış, aktivasiya nöqtəsi isə 4-cü döngədən 340 metr sonra yerləşir.

İkinci ötmə zonasının ölçmə nöqtəsi 18-ci döngəyə 160 metr qalmış, aktivasiya nöqtəsi isə 19-cu döngədən 30 metr sonra yerləşir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 177
Teqlər , , , ,
Paylaş

logo