Belçika-2016: Mətbuat konfranslarının cədvəlləri

Belçika Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı Fernando Alonso (McLaren), Roman Qrojan (Haas), Lyuis Həmilton (Mercedes AMG), Daniil Kvyat (Toro Rosso), Esteban Okon (Manor) və Maks Ferstappen (Red Bull) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Erik Bulye (McLaren), Robert Förnli (Force İndia), Kristian Horner (Red Bull), Monişa Kaltenborn (Sauber), Frederik Vassyör (Renault) və Kler Uilyams (Williams) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*