17 Dekabr 2017, Bazar - 17:55

Belçika-2016: İkinci sərbəst yürüşlər

Belçika-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:52 - 26 Avqust, 2016

Həmişə olduğu kimi bu dəfə də hava şəraiti Belçika həfətsonunun həlledici faktoru olacaq, düzdür, bu dəfə soyuq hava və yağış vəziyyəti çətinləşdirməyib, sürücülərin normal işinə mane olan avqusta xas olmayan istidir.

F-1.az bildirir ki, hələ iki ay əvvəl komandalar Qran Pri üçün təkər seçimi edərkən ənənəvi hava şəraitinə əsaslanmışdılar, amma bugünkü məşqlərdə isti qızmar günəş altında təkərlərin yeyilmə səviyyəsi proqnozlardan yüksək olub, ona görə də komandalar əsas işi təkərlərin optimal işləməsi üçün sazlanma axtarışından ibarət olub.

Lyuis Həmilton artıq 14-cü dövrədən sonra ən bərk Medium təkərlərin yeyilməsindən gileylənib, digər təkərlər isə daha tez sıradan çıxıblar. Sürücülər işlənmiş SuperSoft təkərlərlə dolu yanacaq çəni ilə yarışın startını imitasiya etməyə çalışıblar – bir neçə dövrədən sonra temp hissolunacaq dərəcədə aşağı düşüb.

Sessiyanın 20-ci dəqiqəsində Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub – Colion Palmer motorun gücünün itməsi barədə mühəndislərə xəbər verib. Mühəndislər sürücüyə sistemi söndürüb yenidən işə salmağı məsləhət görüblər. Palmer boksa qayıdıb, kiçik fasilədən sonra isə işinə davam edə bilib. Bottasın maşınında idarəetmə bloku dəyişdirildiyi üçün finlandiyalı sürücü sessiyanın ilk yarısını itirib.

Mercedes AMG komandasının sürücüləri qırmızı təkərlərlə trasa çıxmayıblar, ona görə də protokollara maks Ferstappen başçılıq edib – 1:48.085. Sabah məşqlər davam edəcək…

YerNSürücüKomandaZaanFərqDövrə
133Maks FerstappenRed Bull1:48.08527
23Daniel RikkardoRed Bull1:48.341+ 0:00.25627
327Niko HülkenberqForce İndia1:48.657+ 0:00.57230
45Sebastyan FettelFerrari1:49.023+ 0:00.93827
511Serxio PeresForce İndia1:49.100+ 0:01.01527
66Niko RosberqMercedes AMG1:49.161+ 0:01.07633
77Kimi RəykkönenFerrari1:49.244+ 0:01.15930
88Roman QrojanHaas1:49.419+ 0:01.33420
922Censon BattonMcLaren1:49.419+ 0:01.33423
1021Esteban QutyerresHaas1:49.648+ 0:01.56323
1194Paskal VerlyaynManor1:49.716+ 0:01.63131
1214Fernando AlonsoMcLaren1:49.772+ 0:01.68730
1344Lyuis HəmiltonMercedes AMG1:49.782+ 0:01.69733
1426Daniil KvyatToro Rosso1:49.916+ 0:01.83125
159Markus ErikssonSauber1:50.083+ 0:01.99827
1677Valtteri BottasWilliams1:50.151+ 0:02.06619
1719Felipe MassaWilliams1:50.157+ 0:02.07229
1855Karlos SaynsToro Rosso1:50.194+ 0:02.10925
1920Kevin MaqnussenRenault1:50.375+ 0:02.29034
2030Colion PalmerRenault1:50.562+ 0:02.47732
2131Esteban OkonManor1:50.659+ 0:02.57425
2212Felipe NasrSauber1:50.719+ 0:02.63424

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 184
Teqlər , , , ,
Paylaş

logo