20 Oktyabr 2017, Cümə - 19:58

Belçika-2016: Birinci sərbəst yürüşlər

Belçika-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:51 - 26 Avqust, 2016

Nəhayət, yay tətili başa çatıb və bu gün səhər maşınlar yenidən trasa çıxıblar. Manor komandasında yeni sürücü debüt edib – Rio Haryanto maliyyə problemləri üzündən yerini 19 yaşlı fransalı sürücü Esteban Okona verməli olub.

F-1.az xatırladır ki, Okon cümə sərbəst yürüşlərində ehtiyat sürücü kimi Renault-un sükanı arxasında bu il işləmişdi, indi isə Manor-un əsas sürücüsü kimi bunu edib. Sessiyanın ortasında Okon komandanın boksu qarşısında əyləci gec basıb – xoşbəxtlikdən heç kim zədə almayıb, fransalı sürücü yalnız konusu tapdalayıb.

Pirelli şirkəti Spaya xarici təsirlərə daha dözümlü olan markalanmamış yeni təkərlər gətirib, hər bir sürücüyə bu təkərlərdən bir dəst verilib – sürücülər bu təkərlərlə sessiyanın əvvəlində işləyiblər ki, sonra ümumi işlərinə mane olmasın.

Rosberq, Rikkardo, Sayns və Hülkenberqin maşınına Halo sistemi quraşdırılıb, sürücülər trasda bir dövrə vurduqdan sonra sistem demontaj edilib və hamı işinə davam edib.

Səhər komandaların çoxu maşınlarında yeni güc qurğuları quraşdırıblar və Alonsonun maşınında problem yaşanıb: ispaniyalı sürücünün maşınında mühərriyi yenidən dəyişməli olublar və Fernando bir daha trasa qayıtmayıb. Colion Palmerin maşınında asıqlan sındığı üçün o da sessiyanı vaxtından əvvəl dayandırıb.

Protokollara isə Niko Rosberq başçılıq edib – 1:48.348, bu nəticə keçən ilin ilk məşqlərində göstərilən nəticədən 3 saniyə sürətlidir. Nahardan sonra məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:48.34827
244Lyuis HəmiltonMercedes AMG1:49.078+ 0:00.73025
37Kimi RəykkönenFerrari1:49.147+ 0:00.79924
411Serxio PeresForce İndia1:49.274+ 0:00.92623
55Sebastyan FettelFerrari1:49.768+ 0:01.42019
63Daniel RikkardoRed Bull1:49.782+ 0:01.43424
733Maks FerstappenRed Bull1:49.865+ 0:01.51724
827Niko HülkenberqForce İndia1:50.088+ 0:01.74021
977Valtteri BottasWilliams1:50.394+ 0:02.04631
1021Esteban QutyerresHaas1:50.583+ 0:02.23521
118Roman QrojanHaas1:50.899+ 0:02.55118
1219Felipe MassaWilliams1:51.122+ 0:02.77428
139Markus ErikssonSauber1:51.125+ 0:02.77716
1455Karlos SaynsToro Rosso1:51.424+ 0:03.07617
1512Felipe NasrSauber1:51.768+ 0:03.42019
1631Esteban OkonManor1:51.787+ 0:03.43926
1726Daniil KvyatToro Rosso1:52.308+ 0:03.96019
1822Censon BattonMcLaren1:52.407+ 0:04.05918
1994Paskal VerlyaynManor1:52.837+ 0:04.48923
2020Kevin MaqnussenRenault1:53.053+ 0:04.70520
2130Colion PalmerRenault1:53.089+ 0:04.74120
2214Fernando AlonsoMcLaren –3

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər , , , ,
Paylaş

logo