B.Ekklstounu əvəzləyə biləcək kadr axtarılır?

Daily Telegraph qəzetinə müsahibəsində Berni Ekklstoun etiraf edib ki, əgər Almaniya prokurorluğu ona qarşı rüşvətdə rəsmi ittiham irəli sürərsə, Formula1-də […]

Daily Telegraph qəzetinə müsahibəsində Berni Ekklstoun etiraf edib ki, əgər Almaniya prokurorluğu ona qarşı rüşvətdə rəsmi ittiham irəli sürərsə, Formula1-də bütün səlahiyyətlərindən imtina etməli olacaq…

Berni Ekklstoun: “Çox güman ki, əgər almaniyalılar mənim dalımca gəlsələr, CVC canını məndən qurtarmaq istəyəcək. Əgər məni həbs etsələr, bu açıq-aşkardır.”

2011-ci ilin yanvarında Qribkovskinin həbsindən sonra Berniyə qarşı da müəyyən ittihamlar irəli sürülmüşdü, amma rəsmən heç bir ittiham yoxdur, lakin CVC sərmayə fondu məşhur Egon Zehnder şirkətinə müraciət edib ki, Ekklstounu əvəz edə biləcək mümkün namizədlərin siyahısını tərtib etsin.

Berni Ekklstoun: “Onlar mənə dedilər ki, rekrutinq şirkətinə müraciət ediblər, amma səbəb kimi mənim qəfil ölümümü söylədilər. Bu tam normaldır.”

Üçqat dünya çempionu ser Ceki Styuart hesab edir ki, Ekklstounun yerinə gələn adam Formula1-dən kənarda axtarılmalıdır…

Ceki Styuart: “Paddokdan kiminsə Bernini əvəz edə biləcəyinə şübhə edirəm və hesab edirəm ki, bu düzgün olmazdı. Məncə, onlar daha geniş baxmalıdırlar və daha yaxşılardan ən yaxşısını seçməlidirlər.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*