B.Ekklstoun: “Ümid edirəm ki, vəziyyət dəyişəcək”

Bir çoxları əmindirlər ki, qarşıdakı mövsümdə liderlik uğrunda mübarizə keçənilkindən gərgin və sıx olacaq – keçən il Sebastyan Fettelin titul […]

Bir çoxları əmindirlər ki, qarşıdakı mövsümdə liderlik uğrunda mübarizə keçənilkindən gərgin və sıx olacaq – keçən il Sebastyan Fettelin titul qazanması artıq yaydan şübhə doğurmurdu. Komandalar da buna ümid edirlər – Red Bull-un uzanmış dominantlığına son qoyulmalıdır. Jurnalistlər və tras sahibləri də son yarışa qədər maraqlı mövsüm gözləyirlər.

Formula1-in kommersiya başçısı Berni Ekklstoun qarşıdakı mövsümə ümidlərindən danışarkən qeyd edib ki, keçənilki senarinin təkrarını görmək istəmir…

Berni Ekklstoun: “Mən ümid edirəm ki, vəziyyət dəyişəcək, axı bizi nadir çempionat gözləyir, həm mərhələlərin sayına görə, həm də starta çıxan dünya çempionlarının sayına görə.

Mən keçənilki senarinin təkrar olunmasını istəmirəm – maraq baxmından 2011-ci il mövsümü ən yaxşı olmadı, məncə, bununla Sebastyan Fetteldən başqa hamı razılaşar. Çox güman ki, Sebastyan heç nəyi dəyişmək istəmir, amma bizə dəyişikliklər lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*