B.Ekklstoun: “Təqvim dəyişdirilə bilər”

Suzukada Berni Ekklstoun jurnalistlərə bildirib ki, gələn mövsümün təqvimi Kanada Qran Prisinin keçirilməsi əminsizliyi, Monakodan İstanbula avadanlığın daşınması zamanı logistik […]

Suzukada Berni Ekklstoun jurnalistlərə bildirib ki, gələn mövsümün təqvimi Kanada Qran Prisinin keçirilməsi əminsizliyi, Monakodan İstanbula avadanlığın daşınması zamanı logistik problemlər və Böyük Britaniya Qran Prisinin keçirilmə yerinin naməlumsuzluğu üzündən dəyişdirilə bilər…

Berni Ekklstoun: “Kanada ilə müqavilə hələ bağlanmayıb, biz danışıqlar aparırıq, bundan sonra isə Türkiyə Rqan Prisinin dəqiq keçirilmə tarixi müəyyən olunacaq. Təqvimdə dəyişikliklər ola bilər, oktyabrın ortalarına qədər biz Britaniya mərhələsinin keçirilmə yerini də bilməyəcəyik.

Məncə, Suzukaya gələrkən biz hamımız başa düşdük ki, nə üçün mən Silverstounu tənqid edirdim. Avtodromun rekonstruksiyası üzrə böyük və ciddi işlər görülüb – bu Formula1-in qayıtması üçün əsas şərtlərdən biri idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*