B.Ekklstoun təqaüd barədə düşünür?

Formula1-in kommersiya başçısı Berni Ekklstoun işarə edib ki, əgər Rupert Merdoka məxsus olan media-qrup dünya çempionatına maliyyə nəzarətinə sahib ola […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun işarə edib ki, əgər Rupert Merdoka məxsus olan media-qrup dünya çempionatına maliyyə nəzarətinə sahib ola bilsə, istefaya getməyə hazırdır – bu barədə Londonda dərc olunan The Sunday Times qəzeti xəbər verib…

Hələ bu yaxınlarda 80 yaşlı Ekklstoun istefa mövzusunda danışmağa hazır deyildi, amma bazar günü qəzetə müsahibəsində bildirib ki, artıq kifayət qədər qocadır və təqaüdə çıxa bilər, ona görə də yeni iş axtarmayacaq və “mən əmin olmalıyam ki, Formula1-in gələcək sahibləri – elə insalardır ki, həm mən onlarla işləmək istəyirəm, həm də onlar mənimlə işləmək istəyirlər.”

Reuters agentliyi öz mənbələrinə istinadən xəbər verib ki, Merdoka məxsus News Corporation şirkəti meksikalı milyarder Karlos Slimlə və adı çəkilməyən şirkətlə konsorsium yaratmaqla ilkin danışıqlara başlayıblar. Konsorsiumun məqsədi dünya çempionatına maliyyə nəzarətini ələ keçirməkdir.

Daha əvvəl isə xəbər verilmişdi ki, hazırda dünya çempionatının sahibi sayılan CVC Capital Partners sərmayə fondunun başçıları strateji planlarını dəyişməklə məşğuldurlar və Formula1-in səhmlərini satmağı istisna etmirlər.

News Corporation qarşıdakı danışıqlarda real tərəfdaş kimi görünür, hərçənd, danışıqlarda bir çox tərəflərin istisadi mənafeləri güdülür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*