14 Dekabr 2017, Cümə axşamı - 14:03

B.Ekklstoun şəxsi komandaların başçılarını Londona toplayıb

B.Ekklstoun şəxsi komandaların başçılarını Londona toplayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:54 - 08 Fevral, 2013

Bu gün Berni Ekklstoun şəxsi komandaların başçılarını Londonda bir araya toplayacaq – Londona Marussia, Caterham, Force İndia, Sauber və Toro […]

Bu gün Berni Ekklstoun şəxsi komandaların başçılarını Londonda bir araya toplayacaq – Londona Marussia, Caterham, Force İndia, Sauber və Toro Rosso komandalarının başçıları gəliblər. Deyəsən, “böl və parçala” şüarı qüvvəyə minib – keçən ayın sonunda Berni Ferrari, Red Bull, McLaren və Mercedes AMG komandalarının başçıları ilə Maranelloda görüşmüşdü.

İlk baxışdan, çempionatın maliyyə durumu yaxşılaşmağa başlayıb – dünən Formula1-in menecmenti Emirates Airline şirkəti ilə uzunmüddətli müqavilə imzalayıb, bir qədər əvvəl isə belə bir müqavilə Rolex-lə imzalanmışdı. Bundan başqa komandalar böyük şirkətlərlə müqavilələr imzalayırlar, məsələn, Mercedes AMG komandası Blackberry şirkəti ilə.

Amma bu müqavilələrin hamısı top-komandaların payına düşür, yerdə qalan komandalar isə sponsor axtarışında çətinliklə üzləşirlər. Emirate-lə müqavilə hamıya sərf edir, çünki komandalar yalnız televiziya yayımından deyil, eləcə də digər gəlirlərdən 50% pay alamq hüququna malikdirlər. Amma bu gəlirlər əvvəlki mövsümdə komandaların Mühəndislər Kubokunda tutduqları yerə müvafiq bölünür və aydındır ki, əsas hissəsini yenə də top-komandalar mənimsəyirlər.

Kiçik komandalar isə əlavə gəlir mənbəyi axtarmalı olurlar, məsələn, öz çıxışlarını maliyyələşdirə bilən sürücüləri dəvət edirlər. Məhz bu səbəbdən Marussia komandası Qlokdan Razianın xeyrinə, Caterham komandası isə Kovalaynendən van der Xardenin xeyrinə imtina etməli olublar. HRT komandası isə, ümumiyyətlə, çempionatı tərk etdi.

Bir qədər təcrübəli komandalarda da işlər yaxşı getmir. Force İndia-nın maliyyə problemləri heç kim üçün sirr deyil. Lotus komandası Honeywell şirkəti ilə müqaviləyə ümid edirdi – müqavilə hər il komandaya 30 milyon dollar verə bilərdi, hətta yeni maşının motor qapağının yuxarısında indi sürücülərin adları yazılmış qırmızı sahələr də şirkətin loqotipləri üçün saxlaınlmışdı, amma çox güman ki, müqavilə imzalanmayacaq.

Williams Maldonadonun sponsoru olan PDVSA ilə əməkdaşlıqdan asılı vəziyyətdədir. Venesuelanın dövlət neft şirkəti Maldonadonun ölkə prezidenti Uqo Çaveslə şəxsi münasibətləri sayəsinə sürücünü dəstəkləyir. Amma Çavesin sağlamlığı barədə alınan pis xəbərlər əməkdaşlığın gələcəyini sual altına qoyub.

Bütün bu maliyyə problemləri isə gələn il üçün nəzərdə tutulmuş yeni motor reqlamentinin tətbiqinə təsir edə bilər. Yeni V6 turbomotorları indiki V8 motorlardan çox baha başa gəlir, komandaların yeni maşın, transmissiya və s. xərclərini nəzərə alsaq, acınacaqlı vəziyyət ortaya çıxacaq.

Almaniyalı jurnalistlər hesab edirlər ki, Ekklstoun bugünkü görüşdə şəxsi komandalardan gələcək çıxışlarına zəmanət almağa çalışacaq. Bunun üçün Formula1-in kommersiya başçısı komandalara maliyyə yardımı boyun ola bilər, başqa hansı tədbirlərə əl atması hələlik məlum deyil, amma Xeresin paddokunda yenidən müştəri şassilərindən danışmağa başlayıblar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər , , , , ,
Paylaş

logo