B.Ekklstoun: “Qanun pozulmayıb”

Delta Topco şirkətinin Direktorlar Şurası və onun CVC Capital Partners sərmayə fondundan olan təsisçiləri Leo Kirx imperiyasının müflisləşməsi zamanı aparılan […]

Delta Topco şirkətinin Direktorlar Şurası və onun CVC Capital Partners sərmayə fondundan olan təsisçiləri Leo Kirx imperiyasının müflisləşməsi zamanı aparılan sənədləşmənin daxili auditini aparıblar. Xatırladaq ki, hazırda CVC fondu Formula1-in kommersiya hüququna malik olan Formula One Group-un həmsahibdir, bu hüquq isə 2006-cı ildə Leo Kirxin fondundan alınıb.

Bu sövdələşmənin təhlili ilə Ernst&YoungFreshfields Bruckhaus Deringer şirkətlərinin hüquqşünasları məşğul olublar, belə bir auditə səbəb isə Münhen prokurorluğunun Gerhard Qribkovskini həbs edərək 50 milyon dollarlıq vəsaitin mənimsənilməsində günahlandırması olub.

Berni Ekklstoun sudan quru çıxıb, amma auditə şahid kimi cəlb olunub və bu gün auditin nəticələrini Daily Telegraph-a şərh edib: “Təhlil başa çatıb, hüquqşünaslar heç bir qanun pozuntusu tapmayıblar.”

Ernst&YoungFreshfields-ın nümayəndələri isə şərh verməkdən çəkiniblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*