B.Ekklstoun Nürburqrinqin nümayəndələrinə imtina edib

Almaniyanın Der Spiegel qəzeti məlumat yayıb ki, Berni Ekklstounla Nürburqrinqin icarədarları arasındakı 2013-cü ildə Almaniya Qran Prisinin keçirilməsi üzrə danışıqları […]

Almaniyanın Der Spiegel qəzeti məlumat yayıb ki, Berni Ekklstounla Nürburqrinqin icarədarları arasındakı 2013-cü ildə Almaniya Qran Prisinin keçirilməsi üzrə danışıqları uğuruszluqla başa çatıb.

Almaniya tərəfdən danışıqların iştirakçıları – Kai Rixter və Yörq Lindnerin bildirdiklərinə görə, Berni onlara məktubla imtina göndərib: “Sizin təklifinizi diqqətlə təhlil etdikdən sonra biz belə nəticəyə gəldik ki, onun maliyyə şərtləri bizim üçün mükün deyil, ona görə də danışıqları başa vurmaq məcburiyyətindəyik.”

Almaniya mətbuatı hesab edir ki, bu hələ son deyil – çox güman ki, Berni Nürburqrinqin direktoru və ya Hokkenhaym avtodromunun rəhbərliyi ilə şəxsi söhbət eləsin, hərçənd, qərarın qəbul olunmasına vaxt çox az qalıb – əgər Almaniya Qran Prisi 2013-cü il mövsümündə baş tutacaqsa, onda tezliklə ilkin bilet satışına başlamaq lazımdır.

Hərçənd, bir həftə əvvəl Ekksltoun demişdi ki, Almaniya Qran Prisinin taleyi martdan tez həll olunmayacaq – hadisələrin inkişafını gözləyək…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*