10 Dekabr 2018, Bazar ertəsi - 10:27

B.Ekklstoun: “Mən Razılıq Müqaviləsinə lüzum görmürəm”

B.Ekklstoun: “Mən Razılıq Müqaviləsinə lüzum görmürəm”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:33 - 26 Yanvar, 2013

Formula1 2013-cü ilə iki əsas sənədsiz başlayıb – təsdiq olunmamış təqvimlə və imzalanmamış Razılıq Müqaviləsi ilə. Təqvim tezliklə təsdiq olunacaq, […]

Formula1 2013-cü ilə iki əsas sənədsiz başlayıb – təsdiq olunmamış təqvimlə və imzalanmamış Razılıq Müqaviləsi ilə. Təqvim tezliklə təsdiq olunacaq, amma FOM, FİA və komandaların hüquq və öhdəliklərini təyin edən üçtərəfli Razılıq Müqaviləsinə gəlincə, Berni Ekklstoun hesab edir ki, mövsümü onsuz da keçirmək olar…

Berni Ekklstoun: “Heç bir əhəmiyyət kəsb etmir, Razılıq Müqaviləsi imzalanıb ya imzalanmayıb, mən bu müqaviləyə heç lüzum görmürəm. Müqavilə iki hissədən ibarətdir, komandalarla maliyyə məsələlərini biz artıq həll etmişik, sadəcə reqlamentə edələn düzəlişləri qəbul eləmək qalıb. Əslində texniki reqlament komandalara daha ciddi təsir edir, çünki nəticədə komandalar müflis ola bilərlər.”

Mercedes Motorsport-un yeni başçısı Toto Volff hesab edir ki, tam Razılıq Müqaviləsi zəruridir, çünki idmanın stabilliyinə təminat verir…

Toto Volff: “Bütün komandaların kommersiya məsələləri üzrə ikitərəfli razılıqları var, amma tam Razılıq Müqaviləsi bizim idmana böyük stabillik gətirərdi, axı bunun sayəsində biz bilərdik ki, Berni və FİA nəinki kommersiya məsələlərində, eləcə də reqlamentdəki dəyişikliklərdə ümumi dil tapıblar.

Belə bir qərarın qəbul olması müsbət faktor olardı, amma bu bizim işimiz deyil. Bu məsələni Berni və FİA öz aralarında həll etməlidirlər. Berni çempionatın kommersiya başçısıdır, FİA ilə məhz o danışmalıdır, biz isə bu məsələdə “ikinci sürücü” rolunu oynayırıq…”

Lotus komandasının başçısı Erik Bulye də Volffla razılaşır…

Erik Bulye: “Bizim Berni ilə razılığımız var, amma bizim idmanın gələcəyi barədə daha çox təminat istəyirik. Biznesin uzunmüddətli planlaşdırılması zamanı stabillik və müəyyən təminatlar zəruridir. Berni ilə razılığımız sayəsində bəzi təminatlarımız var, amma şəxsi komanda kimi biz gələcəyə daha çox inam hiss etmək istəyirik, axı bizim əsas məsrəflərimiz məhz reqlamentdəki dəyişikliklərlə bağlıdır və biz vəziyyətə nəzarət imkanı əldə etmək istəyirik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 271
Teqlər , , , , , , ,
Paylaş

logo