B.Ekklstoun Melburna getməyə hazırlaşır

Berni Ekklstoun Melburna getməyi planlaşdırır – Avstraliya Qran Prisi ətrafındakı vəziyyətə təsir etmək və yarışı dünya çempionatının təqvimində saxlamaq lazımdır. […]

Berni Ekklstoun Melburna getməyi planlaşdırır – Avstraliya Qran Prisi ətrafındakı vəziyyətə təsir etmək və yarışı dünya çempionatının təqvimində saxlamaq lazımdır.

Artıq bir neçə ildir ki, Avstraliyanın Viktoriya ştatında narazılıq artmaqdadır, çünki Qran Pri ciddi maliyyə itkilərinə səbəb olur, itkiləri isə yerli büdcə hesabına ört-büsdır edirlə, yəni xərclər vergi ödəyicilərinin çiyninə düşür. Sonuncu dəfə Ekklstoun Melburna üç il əvvəl getmişdi, bu dəfə o yarışa rəfiqəsi, 31 yaşlı braziliyalı Fabiana Flozi və qızlarının müşaiyəti ilə yollanacaq.

Melburnda dərc olunan Herald Sun qəzetinin yazdığına görə, Ekklstoun Crown otelində prezident nömrəsini bron edib – vaxtılə bu nömrədə Bill Klinton, Tom Kruz, Luçiano Pavarotti və Barbra Streyzənd kimi məşhurlar qalıblar.

Herald Sun-ın bildirdiyinə görə, Qran Prinin təşkilatçıları Formula1-in kommersiya başçısından xahiş ediblər ki, yarışa şəxsən təşrif buyursun və bununla da hazırkı çətin vəziyyətdə mərhələrinin nüfuzunu qaldırsınlar. Berninin nümayəndəsi təsdiq edib ki, vizit baş tutacaq.

Keçən il Qran Prinin ziyanı 50 milyon dollar olmuşdusa, ekspertlərin fikrincə, bu il 70 milyon dollar olmalıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*