B.Ekklstoun: “Formula1 satılmır”

Formula1-in kommersiya başçısı dünya çempionatının səhmlərinin nəzarət paketinin Rupert Merdoka məxsus News Corp şirkətlər qrupuna satılması barədə gəzən şayiləri təkzib […]

Formula1-in kommersiya başçısı dünya çempionatının səhmlərinin nəzarət paketinin Rupert Merdoka məxsus News Corp şirkətlər qrupuna satılması barədə gəzən şayiləri təkzib edib…

Şayiələri qismən Merdoka məxsus olan Sky News şirkəti yaymışdı. Dünyanın ən varlı adamı meksikalı biznesmen Karlos Slimə istinadən jurnalist Mark Kleynman CVC şirkətindən səhmlərin alınması üzrə danışıqların başlanmasını bildirmişdi.

Berni Ekklstoun: “Bunlar hamısı şayiələrdir, Formula1 satılmır. Hətta əgər biz bunu etmək istəsəydik, biz KİV-ə bu barədə heç nə bildirməyəcəyik, çünki bu, namizədlərin sayını məhdudlaşdırır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*