B.Ekklstoun: “Ferrari-nin hərəkətlərindən heç xoşum gəlmədi”

Berni Ekklstoun da Braziliya Qran Prisində Sebastyan Fettelin sarı bayraqlar altında Jan Erik Verni keçməsinə münasibət bildirib. Berni hesab edir […]

Berni Ekklstoun da Braziliya Qran Prisində Sebastyan Fettelin sarı bayraqlar altında Jan Erik Verni keçməsinə münasibət bildirib. Berni hesab edir ki, Ferrari komandası FİA-ya rəsmi şikayət etməklə səhv qərar qəbul edib…

Berni Ekklstoun: “Heyif, axı bu ana qədər hər şey çox gözəl idi. Biz əla yarış izlədik, əla bir mövsümü başa vurduq, amma indi hamı bu ötmədən danışır. Amma heç kim bilmir ki, nə baş verir – elə problem də məhz bundadır.

Qaydalar və reqlament tələb edir ki, yarışın finişindən sonra 30 dəqiqə ərzində protest verilməlidir, amma Ferrari bunu etməyib. Bundan başqa trasın həmin yerində yaşıl bayraq göstərilib və bu fakt videoda aşkar görünür və bu faktı heç kim təkzib etmir. Mən bütün baş verənləri bir zarafata bənzədirəm. Ferrari-nin bizə göndərdiyi məktub başdan ayağa səhvdir. Düşünmürəm ki, belə bir məqamda nəsə etmək lazımdır. Bu tam səhvdir.

Şəxsən mənim Ferrari-nin hərəkətlərindən heç xoşum gəlmədi. Mən düşünürəm ki, onlar qələbəni çox istəyirdilər, amma siz keçmişə qayıdaraq Ferrari-nin əvvəllər nə etmək istədiyinə baxmaq istəyirsinizsə… Ona görə də heç nə olmayacaq. Onlar nə edə bilərlər? Mülki prosesə başlaycaqlar? Amma bu iş heç başlamamış perspektivsizdir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*