B.Ekklstoun: “Doninqtonsuz Britaniya QP-si olmayacaq”

Əgər Doninqton avtodromunun sahiblərinin hər hansı problemləri yaranarsa, onda Formula1 Britaniyadan getməli olacaq, bu barədə Berni Ekklstoun Britaniyanın məşhur The […]

Əgər Doninqton avtodromunun sahiblərinin hər hansı problemləri yaranarsa, onda Formula1 Britaniyadan getməli olacaq, bu barədə Berni Ekklstoun Britaniyanın məşhur The Guardian qəzetinə bildirib…

Berni Ekklstoun: “Bir dəfə təqvimi tərk etdikdən sonra Avropa mərhələsinin bir daha təqvimə qayıtmaq şansı çətin ki olsun. Çünki bizim ehtiyat mərhələlərimiz yoxdur. Əgər Doninqton trası elan olunmuş vaxta hazır olmasa onun yerini başqaları tutacaq. hazırda orda işlər tam qrafikə uyğun gedir və mən şübhə etmirəm ki, 2010-cu ildə Böyük Britaniya Qran Prisi keçiriləcək, amma əgər sonra nəsə çətinliklər yaransa, onda avtodrom sahibləri onillik müqavilənin şərtlərini pozmuş olacaqlar.

Silverstouna qayıtmaq? Biz bu trası ona görə tərk edirik ki, mən Formula1-in səviyyəsini qaldırmaq istəyirəm, nə qədərki təqvimdə Silverstoun var idi mən insanları məcbur edə bilmirdim ki, müasir standartlara cavab verə biləcək trasın tikintisinə pul xərcləsinlər. Mən onlara kifayət qədər vaxt verdim ki, pul toplasınlar, amma onlar heç bir iş görmədilər.

Böhran? Mənə elə gəlir ki, böhran ciddi problemlər törətməyib, əks halda komandalar məsrəfləri azaltmaq üçün yarışlara daha az əməkdaşlarını gətirərdilər. Amma bu il yarışlara keçənilkindən də çox mütəxəssis gedəcək, mən bunu dəqiq builirəm, axı onların sənədlərini biz rəsmiləşdiririk.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*