B.Ekklstoun: “Biz yağışı gözləməyə bilməzdik”

Komanda nümayəndələrinin və çempionat rəhbərliyinin Malayziya yarışının daha gec vaxtda start alması barədə fikir ayrılığı yaranıb. Dünən sürücülər yağış və […]

Komanda nümayəndələrinin və çempionat rəhbərliyinin Malayziya yarışının daha gec vaxtda start alması barədə fikir ayrılığı yaranıb. Dünən sürücülər yağış və qaranlığın tez düşməsi üzündən yarışı davam etdirə bilməyiblər, amma yarışın Avropada televiziya reytinqləri çox yükəsk olub, Malayziya Qran Prisini keçən ildə olduğundan dəfələrlə çox auiditirya izləyib. Ona görə də bu qərarın müsbət və mənfi tərəfləri var…

Mario Tayssen: “Biz qaranlıqda yarış keçirməməliyik. Ya Qran Pri təbii işıqda keçirilməlidir və finiş qaranlığa düşməməlidir, ya da süni işıq altında keçirilməlidir, belə halda yarışı istənilən vaxt başlayıb-qurtarmaq olar. Malayziyada orta variant seçilmişdi, hətta quru şəraitdəq aranlığın tez düşmə ehtimalı var idi.

Restartdan imtina olunması bizim hər birimiz üçün xoşagəlməz haldır, biz trasa yarışmaq üçün çıxırıq, amma hava faktoru bizdən asılı deyil. Keçən il Braziliyada günün günorta vaxtı güclü yağış yağmışdı – bunu idarə etmək mümkün deyil, amma başa düşmək lazımdır ki, Malayziyada axşama yaxın yağışın yağma ehtimalı da artır.”

Flavio Briatore: “Hər şeyə səbəb havadır. Biz start vaxtını dəyişə bilərik, amma havanı dəyişə bilmərik. Dünən bizim bəxtimiz gətirmədi, yarış və yağış üst-üstə düşdü, amma vaxt seçimi Avropa üçün optimal idi – əminəm ki, tamaşaçılar vaxtlarını yaxşı keçiriblər.”

Sepanq avtodromunun rəhbərliyi hazırda gələn il üçün yarışın start vaxtını müzakirə edir. New Straits Times qəzetinə müsahibəsində Sepang İnternational Circuit avtodromunun başçısı Mohzani Mahathir bildirib: “Hələlik gələn ilin yarışının hansı vaxta başlanmasını söyləmək çətindir, amma hazırda biz bir neçə variantı müzakirə edirik.”

Berni Ekklstoun qrafikin çəkilməsinə ehtiyac duymur, havaya gəlincə, bazar günü günorta vaxtı satart almış GP2Asia yarışının sürücüləri də yağış altında yarışmalı olublar…

Berni Ekklstoun: “Mən startın daha gec vaxtda olmasında problem görmürəm, biz yağışı gözləməyə bilməzdik, amma əgər yarış lap 14:00-da başlasa belə yenə də yağışla üst-üstə düşəcəkdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*