B.Ekklstoun: “Bəhreyn Qran Prisinin təxirə salınması qaçılmaz idi”

Formula1-in kommersiya başçısı Berni Ekklstoun əmindir ki, Bəhreyn Qran Prisinin təxirə salınması qaçılmaz idi, çünki ölkədə vəziyyət təhlükəlidir. Vəziyyəti ölkənin […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun əmindir ki, Bəhreyn Qran Prisinin təxirə salınması qaçılmaz idi, çünki ölkədə vəziyyət təhlükəlidir.

Vəziyyəti ölkənin şahzadəsi Salman ibn Hamad ibn İsa əl Xəlifə ilə müzakirə etdikdən sonra Ekklstoun FİA ilə birlikdə yarışı təxirə salmaq barədə qərar qəbul edib…

Berni Ekklstoun: “Mən çox məyus olmuşam, çünki yarışı təxirə salmalı olduq, amma dünyanın bu nöqtəsində baş verənləri nəzərə alsaq, görərik bu qərara yeganə doğru qərar idi. Biz şahzadı ilə hər şeyi müzakirə etdik və ümumi maraqlar baxımından belə addım atdıq.

Əgər biz desəydik ki, “yox, biz onsuz da ora gedəcəyik” – bu düzgün olmazdı. Şahzadə hesab edir ki, təhlükəsizlik baxımından düzgün qərar qəbul olunub.

Təsəvvür edin ki, hamı Bəhreynə gəlsəydi və birdən orda iğtişaşlar güclənsəydi, nə olardı? Bu bizim hamımız üçün pis olardı.”

Ekklstoun qeyd edib ki, yarış başqa vaxta keçirilib, düzdür, yarışın keçirilmə vaxtı hələ dəqiqləşdirilməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*