B.Ekklstoun baza mərhələlərinin sayının 20-yə çatdırılmasını təklif edir

Britaniyalı jurnalist Co Savar öz bloqunda Berni Ekklstounun komandalara yeni Razılıq Müqaviləsinin imzalanması zamanı təklif etdiyi dünya çempionatının tərtib olunmasının […]

Britaniyalı jurnalist Co Savar öz bloqunda Berni Ekklstounun komandalara yeni Razılıq Müqaviləsinin imzalanması zamanı təklif etdiyi dünya çempionatının tərtib olunmasının fərqli formasından danışıb.

Cari Müqavilə Berniyə sərt məhdudiyyətlər qoyur və o, yay (3 həftə) və qış (12 həftə) fasilələrini qısalda bilmir, eyni zamanda 9 ay ərzində təqvimə cəmi 20 yarış düşür ki, bunlardan 12-i mütləq təqvimdə yer almalıdır: Abu Dabi/Bəhreyn, Avstraliya, Belçika, Braziliya, Almaniya, Macarıstan, İtaliya, Yaponiya, Monako, Sinqapur, İspaniya və Böyük Britaniya.

Ekklstoun mütləq yarışların sayının 12-dən 20-yə çatdırılmasını təklif edir, mövsümdə isə 24-28 yarış keçirmək istəyir, amma komandalar bu təklifin əleyhinədirlər – komandalar hesab edirlər ki, əməkdaşlar belə qrafikə dözə bilməyəcəklər və bir-birindən asılı olmayan iki yarış briqdası yaratmaq lazım gələcək ki, onlar NASCAR-da olduğu kimi növbə ilə mərhələlərə qatılsınlar. Bu cür sxemi optimal hesab etmək olmaz, çünki kasıb komandalar məsrəflərə qənaət etmək məqsədilə yalnız bir yarış briqadası ilə kifayətlənəcəklər, əməkdaşların belə yüklənməsi ağır nəticələrə səbəb ola bilər.

Komandalara sərf eləməyən həmişə Berniyə sərfəli olur – təqvimdə nə qədər çox yarış olsa, tras sahiblərindən və teleyayım şirkətlərindən bir o qədər çox pul qopara biləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*