B.Ekklstoun Almaniya Qran Prisini saxlamaq istəyir

Bir neçə gün əvvəl Berni Ekklstoun Nürburqrinq avtodromunun icarədərlərinin maliyyə şərtlərinə imtina edib, amma yenə də bildirib ki, yarışı çempionatın […]

Bir neçə gün əvvəl Berni Ekklstoun Nürburqrinq avtodromunun icarədərlərinin maliyyə şərtlərinə imtina edib, amma yenə də bildirib ki, yarışı çempionatın təqvimində saxlamaq istəyir.

Almaniya yarışı çempionat üçün çox vacibdir. Son üç ilin dünya çempionu bu ölkəni təmsil edir, çempionatda dünyanın ən böyük avtoistehsalçılarından olan Mercedes-Benz konserni zavod komandası ilə çıxış edir və şübhə yoxdur ki, Ekksltoun əlindən gələni edəcək ki, “ikinci yay fasiləsi” yaranmasın.

Əgər Almaniya Qran Prisi baş tutmasa, onda üç yay ayında biz cəmi 4 Qran Prini izləyəcəyik – Kanada, Böyük Britaniya, Macarıstan və Belçika, bu isə teleşirkətlərin haqlı narazılığına səbəb ola bilər – əvvəla, həmin vaxt futbolda fasilə olur, ikincisi, şirkətlər böyük məbləğdə yayım haqqı ödəyirlər, yarışların sayı isə get-gedə azalır.

Berni Ekklstoun: “Mən əlimdən gələni edirəm ki, Almaniya Qran Prisinin keçirlməsini təmin edim, hərçənd, yarışın Hokkenhaymda və ya Nürburqrinqdə keçməsini indidən deyə bilmərəm…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*