20 Noyabr 2017, Bazar ertəsi - 07:48

B.Ekklstoun: “2015-ci ildə Hindistan yarışı olmayacaq”

B.Ekklstoun: “2015-ci ildə Hindistan yarışı olmayacaq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:13 - 08 Mart, 2014

Hindistan Qran Prisi 2016-cı ildən tez təqvimə qayıtmayacaq – Reuters agentliyinə müsahibəsində Berni Ekklstoun Nyu Dehli yaxınlığındakı trasın yarış keçirmək perspektivlərindən danışıb…

Berni Ekklstoun: “Hazırda əminliklə deyə bilərəm ki, gələn il Hindistan yarışı olmayacaq. Çox güman ki, 2016-cı ildə olacaq… Hər halda təşkilatçılar tədricən bürokratik maneələri dəf edirlər – vergilərlə ciddi problemlər var idi, ümumiyyətlə, layihəmim maliyyə problemi var idi”.

Onun sözlərinə görə, anoloji perspektivlər Koreya Qran Prisini də gözləyir: “Gələn il yarış olmayacaq. Biz 2016-cı ildən yarışı təqvimə qaytarmaq üzərində düşünürük”.

Məlum olduğu kimi, Nürburqrinq trasının sahibləri maliyyə problemləri ilə üzləşiblər. Avtodromun böhrandan çıxarılması üzrə Ekklstounun maliyyə təklifi rədd olunduqdan sonra Berni bildirib ki, Almaniya Qran Prisinin də gələcəyi sual altındadır. nürburqrinqin Formula1-ə qaytarılması şanslarından danışan Berni qeyd edib ki, “hər şey trası alan adamdan asılı olacaq”.

Biz səhər Ekklstounun yarışlardan birinin Azərbaycanda keçiriləcəyi ilə bağlı fikirərini yazmışdıq. İndi isə Formula1-in kommersiya başçısı Bakıda küçə yarışının təşkili planlarını açıqlayıb: “Əla fikirdir. Hazırlaşın, çünki siz ora getməli olacaqsınız. Biz hazırda başa düşməyə çalışırıq ki, gələn il yarışın keçirilməsi mümkündürmü? Bunu etmək elə də asan deyil, amma söhbət şəhər trasından gedir.”

F-1.az-ın bildirdiyinə görə, sonda agentliyin müxbiri Bernidən soruşub ki, Soçiyə – Rusiya Qran Prisinə aviabilet sifariş verənlər nə etsinlər, Berninin cavabı qısa olub: “Heç nəyi təxirə salmayın!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 707
Teqlər , , ,
Paylaş

logo