21 Sentyabr 2017, Cümə axşamı - 05:31

Bəhreyndə Qran Pri promouterlərinin görüşü baş tutacaq

Bəhreyndə Qran Pri promouterlərinin görüşü baş tutacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:43 - 26 Mart, 2014

Mövsümün ilk yarışından sonra Avstraliya Qran Prisinin təşkilatçıları Formula1 motorlarının səsindən narazılıqlarını bildirmişdilər. The Independent qəzetinə müsahibəsində Melburn yarışının promouteri […]

Mövsümün ilk yarışından sonra Avstraliya Qran Prisinin təşkilatçıları Formula1 motorlarının səsindən narazılıqlarını bildirmişdilər. The Independent qəzetinə müsahibəsində Melburn yarışının promouteri Ron Uolker auditoriyanı itirməmək xatirinə hətta Formula1 mərhələsini İndyCar-la əvəzləməsi üzərində düşündüyünü də səsləndirib…

Ron Uolker: “Hazırda bütün promouterləri dərd götürüb ki, yeni motorların səsi üzündən azarkeşlər yarışlara maraqlarını itirə bilərlər. Məncə, onlar Formula1 mərhələsi əvəzinə İndyCar və ya başqa seriyalara üstünlük verəcəklər ki, auditoriyanı saxlasınlar. Biz də cəmi 3.5 milyon dollara İndyCar mərhələsini ala bilərik – bu maşınların səsi daha güclü çıxır”.

Formula1 promouterləri Assosiasiyasının başçısı kimi Ron Uolker Berni Ekklstouna məktub yazaraq onu xəbərdar edib ki, Bəhreyn Qran Prisi günlərində yarış təşkilatçılarının görüşü keçiriləcək…

Ron Uolker: “Biz Qran Pri promouterlərinin görüşünə hazırlaşırıq və siz də görəcəksiniz ki, onlardan çoxu “Berni, buna görə biz milyonlar ödəmişik?” və ya “Berni, lap ağ elədin” deyəcəklər. Biz hələ Berni ilə yeni müqavilə imzalamamışıq, ona görə də bizim görüş FİA-ya ciddi pressinq edəcək. Federasiyanın səlahiyyəti yoxdur ki, Berninin min bir əziyyətlə qurduğu idmanı dağıtsın. Çoxsaylı problemlərdən məhz səs problemi Formula1-i öldürəcək. Bu gün onsuz da yarışlara bilet satmaq olduqca çətindir, Jan Todt isə özünəarxayın mövqe tutub”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 402
Teqlər , , , ,
Paylaş

logo