Bəhreyn üzrə qərar bazar günü qəbul ediləcək

İki həftədən sonra mövsümöncəsi testlərin sonuncu seriyası Bəhreyndə başlamalıdır. Testlərə bir neçə gün qalmış komandalar maşınları və avadanlıqları Bəhreynə yola […]

İki həftədən sonra mövsümöncəsi testlərin sonuncu seriyası Bəhreyndə başlamalıdır. Testlərə bir neçə gün qalmış komandalar maşınları və avadanlıqları Bəhreynə yola salmalıdırlar – vaxt az qqalıb, Bəhreyndəki siyasi vəziyyət isə gərginləşib…

Bu gün GP2Asia seriyasınn Bəhreyndə sərbəst yürüşləri təxirə salınıb – tibbi personal bağlanmış yollar üzündən trasa gəlib çıxa bilməyib, komandalara və avtodromun işçilərinə isə Manamaya qayıtmamalrı tövsiyyə olunub – paytaxta yol iğtişaşlar baş verən rayondan keçir.

Bu gün səhər FİA-nın prezidenti Jan Todt jurnalistlərə bildirib ki, federasiyanın rəhbərliyi GP2Asia mərhələsinin sona çatmasını gözləyəcək və bazar günü axşam hər hansı bir tədbriin görülməsi barədə qərar qəbul edəcək…

Jan Todt: “Mən həmişə belə xəbərləri sakit qarşılayıram. Digər tərəfdən, həqiqəti öyrənmək vacibdir – məlumat bəzən reallığa uyğun gəlmir və emosional reaksiya məsələni korlaya bilər. Digər tərəfdən, bir çox suallara GP2Asia-nın Bəhreyn mərhələsi cavab verəcək.

FİA-nın başlıca vəzifələrindən biri təhlükəsizlikdir, biz müvafiq tədbirlərin görülməsini tələb edirik, amma hələlik narahatlığa əsas yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*