Bəhreyn Qran Prisinin taleyi martın sonuna qədər həll olunacaq

Formula1-in kommersiya başçısı Berni Ekklstoun FİA ilə siyasi iğtişaşlar üzündən təxirə salınmış Bəhreyn Qran Prisini cari mövsümün təqviminə qaytarmağı razılaşdırıb, […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun FİA ilə siyasi iğtişaşlar üzündən təxirə salınmış Bəhreyn Qran Prisini cari mövsümün təqviminə qaytarmağı razılaşdırıb, amma bununla bağlı problemləri hələ Avstraliya Qran Prisinin startına qədər həll etmək lazımdır.

Berni buraxılmış yarışı çempionatın avqust tətili günlərində keçirilməsini mümkün sayır…

Berni Ekklstoun: “Bəhreyn Qran Prisini keçirmək üçün FİA təqvimi dəyişməli olacaq. Martın əvvəlində Ümumdünya şurasının iclası keçiriləcək, iclasda bu məsələ də müzakirə olunacaq. Mən artıq federasiyanın prezidenti Jan Todtla yarışın başqa tarixdə keçirilməsini danışmışam və biz razılaşdıq ki, mövsümün startına qədər bu məsələni həll eləmək lazımdır.

Bizə Avropada və ya başqa bir yerdə alternativ yarış lazım deyil. Mərhələ Bəhreyndə keçirilməlidir. Əgər şahzadə hesab etsə ki, ölkə Qran Prini qəbul etməyə hazırdır, onda biz Bəhreynə qayıdacayıq. Məncə, əgər biz yarışı avqust tətili günlərində keçirməyi qərara alsaq, komandalar bizi başa düşərlər. Düzdür, həmin vaxt Bəhreyndə çox isti olacaq, amma biz ölkəyə dəstəyimizi göstərməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*