Bəhreyn Qran Prisinin qayıtması ehtimalı azdır

Bəhreyn Qran Prisinin dünya çempionatının təqviminə qayıtma ehtimalı get-gedə lap azalır, çünki bu gün ada dövlətin ərazisində fövqaladə vəziyyət elan […]

Bəhreyn Qran Prisinin dünya çempionatının təqviminə qayıtma ehtimalı get-gedə lap azalır, çünki bu gün ada dövlətin ərazisində fövqaladə vəziyyət elan olunub.

FİA-nın qərarına əsasən, yarışın təşkilatçıları mayın 1-dək müəyyən etməldirlər ki, Qran Pri bu il nə vaxt keçirilə bilər, amma bunun üçün ölkədə vəziyyət stabilləşməlidir. Amma keçən uik-end ölkədə kütləvi işğtişaşlar yenidən baş qaldırıb, hökumət kömək üçün qonşu Səudiyyə Ərəbistanına müraciət edib, ölkədə fövqaladə vəziyyət elan olunub.

Dövlət televiziyasında səslənmiş bəyanatda deyilir ki, Bəhreyn kralı “müdafiə qüvvələri komandanına ölkənin və onun əhalisinin təhlükəsiliyini qorumaq üçün bütün zəruri tədbirləri görməyi əmr edib.”

Çox güman ki, mayın 1-dək ölkədə vəziyyət stabilləşməyəcək və Qran Prinin təqvimə qayıtması ehtimalı çox azdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*