Bəhreyn istisi Alonsonu əldən salıb

İspan qəzetləri bildiriblər ki, ikiqat dünya çempionu Fernando Alonsonun Bəhreyn Qran Prisinin finişindən sonra ürəyi gedib: onun təzyiqi aşağı düşüb […]

İspan qəzetləri bildiriblər ki, ikiqat dünya çempionu Fernando Alonsonun Bəhreyn Qran Prisinin finişindən sonra ürəyi gedib: onun təzyiqi aşağı düşüb və orqanizmi susuzluqdan əziyyət çəkib. Yarışın startından yarım saat sonra onun Renault-sunda sürücünü içməli maye ilə təmin edən sistem sıradan çıxıbmış və sürücü yarışın bir saatını su içmədən keçirməli olub.

Amma bu çətinliklərə baxmayaraq, Alonso finişdən sonra FİA-nın tələb etdiyi yerdə jurnalistlərə müsahibə verməyə gedib və elə bu zaman özünü pis hiss edib. Madridin AS qəzetinin yazdığına görə ilk tibbi yardımı sürücünün meneceri Luis Qarsiya Abad və Toyota komandasının həkimi Rikardo Çekarelli göstəriblər…

Fernando Alonso: “Müsahibə zamanı zəiflik hiss etdim və gözümü açanda özümü boksda gördüm, qarşımda isə havavuranın pərləri fırlanırdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*