22 Oktyabr 2017, Bazar - 21:31

Bəhreyn Bakıda ilk dəfə keçiriləcək Formula1 yarışlarının təşkilinə öz töhfəsini verəcək

Bəhreyn Bakıda ilk dəfə keçiriləcək Formula1 yarışlarının təşkilinə öz töhfəsini verəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:26 - 22 Oktyabr, 2015

Bəhreyn Motoidman Federasiyası və Bəhreyn Marşallar klubunu təmsil edən mütəxəssis qrupu gələn ilin yayında Formula1 Avropa Qran Prisinə ev sahibliyi edən paytaxt Bakıya səfər həyata keçirib. Yarışın Azərbaycandakı rəsmi promouter təşkilatı olan Bakı Şəhər Halqası MMC (keçmiş Baku Grand Prix MMC) Bəhreyn Motoidman Federasiyası ilə Azərbaycanda ilk Formula1 yarışının təşkilində bəhreynli mütəxəssislərlə əməkdaşlıq mövzusunda saziş imzalayıb…

Tərəflər arasında bu əməkdaşlığı dəstəkləyən Azərbaycan Avtomobil Federasiyası (AAF) yarış zamanı tras ətrafında cərəyan edəcək idman əməliyyatlarının təşkili işini həyata keçirəcək. Saziş pilotların həyat təhlükəsizliyi və şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərini əhatə edən yanğınsöndürmə, xilasetmə, tibbi yardım, təxliyə və s. kimi yarış əməliyyatlarının səlist, kəsintisiz aparılması və bilavasitə bu əməliyyatları həyata keçirən xüsusi marşallar qrupunun cəlb olunması və müvafiq təlimlərin aparılmasını özündə əks etdirən çərçivə sənədindən ibarətdir.

Yuxarıda sadalanan əməliyyatlar üzrə bilavasitə məsul olan Bəhreyn nümayəndələri Bakı Şəhər Halqası və AAF nümayəndələri ilə birlikdə Bakıdakı şəhər trasını gəzərək onun hər bir hissəsini yaxından öyrəniblər və marşalların tras üzrə paylanması üçün müvafiq məkanları müəyyən ediblər. Bu marşallar tras boyu hərəkət edən sürücülərə lazımi komanda və ismarışları çatdırmaq üçün istifadə olunan xüsusi bayraqlarla təmin olunacaqlar.

F-1.az bildirir ki, 2004-cü ildən Formula1 təqvimində yer alan Bəhreynin Saxir trasının təcrübəli marşallar komandası 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran Prisinin idman əməliyyatlarına cəlb olunacaq. Bu barədə Bakı Şəhər Halqası MMC-nin başçısı Arif Rəhimov bildirib: ” Bakıda Avropa Qran Prisi bir çox xüsusiyyətlərinə görə bu günədək Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərdən seçiləcək. Beləki, Bakıda keçiriləcək Avropa Qran Prisi Formula1-in ən sürətli şəhər trası olaraq, 500 milyondan yuxarı TV tamaşaçının izlədiyi möhtəşəm bir hadisə olacaq. Bəhreynli ekspertlərlə apardığımız birgə iş növbəti aylar ərzində Bakı trası üzrə hazırlıq və planlama işlərində öz faydasını verəcək. Bəhreyn Motoidman Federasiyası yarış təşkilatçılığı və idman əməliyyatlarının effektiv təşkili üzrə dünya standartına imza atıb və bizim komandamız bu standarta tam cavab vermək niyyətindədir…”

Uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı trasın uzunluğuna görə Belçikanın əfsanəvi Spa trasından sonra ikincidir. Unikal Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı Formula1 avtomobilləri Bakının UNESCO Ümumdünya İrsi siyahısına daxil olan İçərişəhər tarixi-memarlıq qoruğu, şəhərin müasir göydələnləri və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar simasını görəcəklər.

bgp-04
bgp-02
bgp-03


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 325
Teqlər , , ,
Paylaş

logo