16 Noyabr 2018, Cümə - 15:51

Bəhreyn-2018: Günün sürücüsü – Pyer Qasli

Bəhreyn-2018: Günün sürücüsü – Pyer Qasli

Müəllif: Elçin Zodorov, redaktor

21:29 - 08 Aprel, 2018

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, sıralanma turunda gözlənilmədən üçüncü sessiyaya keçərək altıncı olan, Lyuis Həmilton yer itirdiyi üçün yarışa beşinci yerdən başlayan, yekunda isə dördüncü yeri tutaraq karyerasında ən yaxşı nəticəni göstərən Pyer Qasli “Günün Sürücüsü” seçilib. Frsansalı sürücü bu ada ilk dəfədir ki, layiq görülür.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiFernando Alonso
Bəhreyn Qran PrisiPyer Qasli

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 183
Teqlər , , , ,
Paylaş

logo