23 Sentyabr 2018, Bazar - 01:12

Bəhreyn-2017: Üçüncü sərbəst yürüşlər

Bəhreyn-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

17:06 - 15 Aprel, 2017

Asfaltın istiliyi +40 dərəcəyə çatıb. Şərait axşam baş tutacaq sıralanma turundan fərqli olsa da, komandalar cümə günü yaranmış problemlərin aradan qalxdığına əmin olmaq üçün sessiyada aktiv olublar. Həmçinin isti və güclü külək də sürücülərə mane olub.

F-1.az bildirir ki, sürücülərin çoxu Saxirdəki birinci və üçüncü sərbəst yürüşlərdə sazlanmalar üzərində işləyə bilməyiblər. Cümə günü səhər həftəsonunun ən sərt tərkibi olan və yarışda istifadə ediləcəyi gözlənilməyən Medium təkərlərlə trasa çıxıblar.

Sessiyanın əvvəlindən maşının stabil olmamasından şikayət edən Roman Qrojan startdan 38 dəqiqə sonra dördüncü döngənin çıxışında qəzaya uğrayıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Qrojan maşını boksa qədər gətirib və iki dəqiqə sonra məşqlər bərpa edilib. Fransız sürücü sessiyanın sonunda yenidən trasa qayıda bilib.

Ferrari-nin mexanikləri uzun müddət Kimi Rəykkönenin maşınının üzərində işləyiblər. Finlandiyalı yalnız son 20 dəqiqədə trasa çıxa bilib. Protokollara Maks Ferstappen başçılıq edib – 1:32.194. Bizi çox gərgin sıralanma turu gözləyir!

YerNSürücüKomandaZamanFərqDövrə
133Maks FerstappenRed Bull1:32.1948
244Lyuis HəmiltonMercedes AMG1:32.304+ 0:00.11010
35Sebastyan FettelFerrari1:32.750+ 0:00.55610
477Valtteri BottasMercedes AMG1:32.754+ 0:00.56013
57Kimi RəykkönenFerrari1:32.785+ 0:00.5919
619Felipe MassaWilliams1:32.801+ 0:00.60712
73Daniel RikkardoRed Bull1:32.809+ 0:00.6158
827Niko HülkenberqRenault1:32.933+ 0:00.7399
955Karlos SaynsToro Rosso1:33.604+ 0:01.41018
1026Daniil JvyatToro Rosso1:33.744+ 0:01.55011
1111Serxio PeresForce İndia1:33.916+ 0:01.72214
1214Fernando AlonsoMcLaren1:33.922+ 0:01.72810
1394Paskal VerlyaynSauber1:33.947+ 0:01.75315
1418Ləns StrollWilliams1:33.965+ 0:01.77115
152Stoffel VandornMcLaren1:34.027+ 0:01.83315
1631Esteban OkonForce İndia1:34.064+ 0:01.87017
1720Kevin MaqnussenHaas1:34.198+ 0:02.00413
188Roman QrojanHaas1:34.205+ 0:02.01114
199Markus ErikssonSauber1:34.268+ 0:02.07415
2030Colion PalmerRenault1:34.417+ 0:02.22311

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 727
Teqlər , , , , , , ,
Paylaş

logo