18 Noyabr 2018, Bazar - 12:11

Bəhreyn-2017: Tras və statistika

Bəhreyn-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:16 - 13 Aprel, 2017

Bəhreyn Krallığı Ərəb körfəzinin cənubunda Səudiyyə Ərəbistanının şərq sahili və Qətər yarımadası arasında yerləşən 36 adadan ibarət dövlətdir. Adalardan ən böyüyü Bəhreyn adasıdır, ölkənin paytaxtı Manama bu adada yerləşir.

2002-ci il sentyabrın 14-də Bəhreyn Krallığı Qran Pri keçirilməsi üzrə müqavilə imzalamış və tezliklə ilin bütün günlərində yarış keçirməyə imkan verən trasın tikintisinə başlanmışdı. Avtodromun layihəsini Hermann Tilkenin arxitektor bürosu hazırlamışdı, səhranın ortasında reallaşdırılan layihəyə 150 milyon dollar xərc çəkilmişdi. Avtodromun rəsmi açılışı 2004-cü il martın 17-də baş tutub – iki həftə sonra debüt yarışında Mixael Şumaxer qələbə qazanmışdı.

2010-cu ildə trasın daha uzun kofiqurasiyasından – 6299 metr uzunluğu olan versiyasından istifadə olunmuşdu, bunun üçün dördüncü və beşinci döngələr arasındakı sahəyə 887 metrlik seksiya əlavə olunmuşdu, amma 2012-ci ildə təşkilatçılar yenidən əvvəlki konfiqurasiyaya qayıtdılar.

2011-ci ildə ölkədə baş verən siyasi iğtişaşlar üzündən yarış təxirə salınsa da, 2012-ci ildə yarışın taleyi Qran Priyə cəmi bir həftə qalmış həll olunmuşdu – amma bir çox böyük teleşirkətlər jurnalistlərini təhlükəsizlik baxımından ölkəyə göndərməkdən imtina etmişdilər. Son illərdə ölkədə siyasi vəziyyət stabilləşib.

2014-cü ildə Bəhreyn yarışı ilk dəfə süni işıq altında baş tutub və ondan sonra belə də davam edir. Başqa bir ənənəyə görə, podium qazanan sürücülər uğurlarını şampan şərabı ilə deyil, Waard brendli alkoholsuz qazlı su ilə qeyd edirlər – bu su qızılgül və nar şirələrinin qarışığından ibarətdir.

2017 FORMULA 1 GULF AIR BAHRAIN GRAND PRIX
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
14-16 aprel 2017Bahrain International Circuit5412 m57308.238 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Tras təcil (sürətyığma) dinamikasına, əyləclərin effektivliyinə və onların soyudulmasına tələbkardır. Bəhreyndə maşınlar asfaltayatma qüvvəsinin orta səviyyəsinə sazlanırlar, dövrənin 65%-ni sürücülər qaz pedalını döşəməyə sıxaraq qət edirlər. Pit-stopda zaman itkisi 18-19 saniyədir, pit-stopun tam müddəti isə 22-23 saniyə çəkir. Bu həftəsonu pit-leyndə hərəkət sürətinin məhdudiyyəti 80 km/saatdır.

Trasda iki müstəqil DRS zonası var – sürücülər arxa qanadın hərəkətli elementindən arxa düzlükdə və start-finiş düzlüyündə yararlana bilərlər. Maşınlar arasındakı intervallar isə 9-cu və 14-cü döngələrin girişində yerləşir.

Soyutma sisteminin yüklənməsi Malayziyada olduğu kimi yüksək deyil, amma trasdakı qum dənələrinə görə maşınlara əlavə süzgəclər qoyulur ki, bu da soyutmanı bir qədər çətinləşdirir.

Trasda demək olar ki, sürətli döngə yoxdur, uzun düzlüklərin sonundakı əylənmə nöqtələri ötmələr üçün çox əlverişlidir. Ən uzun start-finiş düzlüyü və çox yavaş orta sektor mühəndisləri sürət və asfaltayatma qüvvəsi arasındakı ənənəvi kompromisi axtarmağa məcbur edir. Maşınların hazırlanması üçün vacib olan sessiya cümə günü ikinci sərbəst yürüşlərdir – çünki sıralanma turu və yarış eyni vaxtda start alırlar.

2016-cı ilin Bəhreyn Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərBuludlu, quruN.RosberqMercedes AMG1:32.294
2-ci sərbəst yürüşlərBuludlu, quruN.RosberqMercedes AMG1:31.001
3-cü sərbəst yürüşlərAydınlıq, quruS.FettelFerrari1:31.683
Sıralanma turuAydınlıq, quruL.HəmiltonMercedes AMG1:29.493
Yarışda sürətli dövrəAydınlıq, quruN.RosberqMercedes AMG1:34.482

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Bəhreyn Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Şənbə günü sıralanma turunun yazısı kanalda yayımlanacaq. Bazar günü isə yarış canlı olaraq Mədəniyyət kanalında yayımlanacaq. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Bəhreyn Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
14 aprel1-ci sərbəst yürüşlər15:00
14 aprel2-ci sərbəst yürüşlər19:00
15 aprel3-cü sərbəst yürüşlər16:00
15 aprelSıralanma turu19:00İdman Azərbaycan, 00:30
16 aprelYarış19:00Mədəniyyət, 18:50

 

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Bəhreynə orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək, son iki tərkib məcburi elan olunub, yəni onlardan hər hansı birindən mütləq yarışın gedişində istifadə olunmalıdır. Keçən həftə Çində də eyni təkərlərdən istifadə olunmuşdu, amma indi şərait çox fərqlidir.

Reqlamentdəki ciddi dəyişikliklərdən sonra komandalar ilk 5 yarış üçün güzəşt əldə ediblər – Pirelli hər bir sürücüyə 2 dəst Medium, 4 dəst Soft və 7 dəst SuperSoft təkərlər verəcək. Təkərlərin builki bərkliyini nəzərə almaqla demək olar ki, yarışda hamı bir pit-stop edəcək.

 

 

STATİSTİKA

Hazırkı pilotların Bəhreyn Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
L.Həmilton9107252
K.Rəykkönen111028
S.Fettel888232
F.Alonso1165133
F.Massa1253132
R.Qrojan5462
D.Rikkardo532
S.Peres5271
V.Bottas518
N.Hülkenberq610
M.Ferstappen28
D.Kvyat38
S.Vandorn11
K.Sayns2
K.Maqnussen2
M.Eriksson2
C.Palmer1
P.Verlyayn1
E.Okon
L.Stroll

 

Bəhreyn Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
03.04.2016SaxirL.HəmiltonMercedes AMGN.RosberqMercedes AMG
19.04.2015SaxirL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
06.04.2014SaxirN.RosberqMercedes AMGL.HəmiltonMercedes AMG
21.04.2013SaxirN.RosberqMercedes AMGS.FettelRed Bull
22.03.2012SaxirS.FettelRed BullS.FettelRed Bull
14.03.2010SaxirS.FettelRed BullF.AlonsoFerrari
26.04.2009SaxirY.TrulliToyotaC.BattonBrawn GP
06.04.2008SaxirR.KubitsaBMW SauberF.MassaFerrari
15.04.2007SaxirF.MassaFerrariF.MassaFerrari
12.03.2006SaxirM.ŞumaxerFerrariF.AlonsoRenault
03.04.2005SaxirF.AlonsoRenaultF.AlonsoRenault
04.04.2004SaxirM.ŞumaxerFerrariM.ŞumaxerFerrari

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 810
Teqlər , , ,
Paylaş

logo