23 Oktyabr 2017, Bazar ertəsi - 09:59

Bəhreyn-2017: Sürücülərin cərimə balları

Bəhreyn-2017: Sürücülərin cərimə balları

Müəllif: Elçin Zodorov, redaktor

15:11 - 17 Aprel, 2017

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az bildirir ki, Bəhreyndə iki sürücü balla cəzalandırılıb – Ləns Strolla qəza edən Karlos Sayns və pit yolunun girişində Daniel Rikkardonu ləngidən Lyuis Həmiltona 2 cərimə balı verilib. Karlos Sayns həm də Soçidəki yarışda startda üç yer itirəcək.

Növbəti yarış iki həftə sonradır və bu müddət ərzində balı silinən yeganə sürücü Niko Hülkenberqdir və bu, cədvəldə nəzərə alınıb. Xatırladaq ki, keçən il Rusiyada baş tutmuş yarışda üç sürücü cərimələnmişdi. Lakin həmin yarış mayın 1-də baş tutmuşdu. Builki yarışın aprelin 30-da olduğunu nəzərə alsaq, həmin cərimə balları yarışdan bir gün sonra qüvvədən düşəcək.

YerNSürücüBal1-ci cərimə2-ci cərimə3-cü cərimə4-cü cərimə
126Dannil Kvyat83 (Rusiya, 2016)2 (Monako, 2016)2 (ABŞ, 2016)1 (Meksika, 2016)
221Esteban Qutyerres72 (Rusiya, 2016)2 (Macarıstan, 2016)3 (Belçika, 2016)
330Colion Palmer72 (Avstriya, 2016)2 (Əbu Dabi, 2016)3 (Çin, 2017)
455Karlos Sayns72 (Rusiya, 2016)2 (Almaniya, 2016)1 (Meksika, 2016)2 (Bəhreyn, 2017)
56Niko Rosberq62 (Avstriya, 2016)2 (Almaniya, 2016)2 (Malayziya, 2016)
65Sebastyan Fettel62 (Britaniya, 2016)2 (Malayziya, 2016)2 (Meksika, 2016)
727Niko Hülkenberq44 (Çin, 2017)
894Paskal Verlyayn44 (Monako, 2016)
931Esteban Okon42 (Sinqapur, 2016)2 (Braziliya, 2016)
1020Kevin Maqnussen42 (İspaniya, 2016)2 (ABŞ, 2016)
1112Felipe Nasr42 (Avstriya, 2016)2 (İtaliya, 2016)
128Roman Qrojan33 (Çin, 2017)
1311Serxio Peres33 (Sinqapur, 2016)
147Kimi Rəykkönen22 (Avropa, 2016)
159Markus Eriksson22 (Monako, 2016)
1688Rio Haryanto22 (Avstriya, 2016)
1719Felipe Massa22 (Braziliya, 2016)
1877Valtteri Bottas22 (Monako, 2016)
1944Lyuis Həmilton22 (Bəhreyn,2017)
2033Maks Ferstappen11 (Meksika, 2016)

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 866
Teqlər , , , ,
Paylaş

logo