20 Oktyabr 2017, Cümə - 21:59

Bəhreyn-2017: Pirelli-dən Medium, Soft və SuperSoft

Bəhreyn-2017: Pirelli-dən Medium, Soft və SuperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:14 - 11 Aprel, 2017

Bəhreyndə də komandalar Çində işlədikləri tərkibləri – Medium, Soft və SuperSoft tərkiblərini alacaqlar, amma asfalt örtüyünün daha cod olması və temperaturun yüksək olması üzündən təkərlərə düşən yüklənmə də çox olacaq. Pit-stopun zəruriliyini müəyyən edən həlledici faktor enli arxa təkərlərin yeyilməsi olacaq.

F-1.az xatırladır ki, keçən il ilk onluqda finiş görən sürücülər strategiyanın müxtəlif 9 variantından istifadə etmişdilər, amma bu həftəsonu pit-stopların sayı qat-qat az ola bilər…

Mario İzola: “Saxirdə arxa təkərlərin ilişməsini yaxşı təmin edən maşın üstünlük qazanacaq. Bu trasda sürətlənmələr daim əylənmələrlə müşayiət olunurlar, ona görə də arxa təkərlərin vəziyyətini stabil saxlamaq üçün dinamik sürətlənmə çox vacibdir.

Keçən il təkərlərin yeyilməsi və deqradasiyası yüksək səviyyədə idi, ona görə də bizim üçün yeni təkərlərdə dəyişikliyin necə olmasını görmək vacibdir. Sərbəst yürüşlərin 2-ci sessiyası xüsusilə vacib olacaq, çünki sıralanma turu və yarışla eyni vaxtda başlayacaq və trasda vəziyyət də eyni olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 206
Teqlər , , , , , , , ,
Paylaş

logo