Bəhreyn-2017: Mətbuat konfranslarının cədvəli

Bəhreyn Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Lyuis Həmilton (Mercedes AMG), Serxio Peres (Force İndia) və Stoffel Vandorn (McLaren) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Fernando Alonso (McLaren), Kevin Maqnussen (Haas) və Colion Palmer (Renault) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Zek Braun (McLaren), Kristian Horner (Red Bull) və Kler Uilyams (Williams), sonra isə Ceyms Əllison (Mercedes AMG), Mattia Binotto (Ferrari) və Ceyms Ki (Toro Rosso) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*