15 Dekabr 2017, Cümə - 10:29

Bəhreyn-2017: İkinci sərbəst yürüşlər

Bəhreyn-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

20:37 - 14 Aprel, 2017

İkinci sessiyanın əvvəlində günəş qüruba enib. Asfaltın temperaturu tədricən aşağı düşüb və tras süni işıqlandırılıb. Bəhreyndə ikinci sərbəst yürüşlər sıralanma turu və yarış kimi günəş batdıqdan sonra keçirildiyindən, komandalar məhz bu sessiyaya daha çox əhəmiyyət verirlər. Start verildikdən dərhal sonra sürücülər trasa çıxıblar və həm sazlanmalar üzərində işləyiblər, həm də təkərlərin effektivliyini öyrənməyə çalışıblar.

F-1.az bildirir ki, ilk sessiyada motor problemi yaşayan Stoffel Vandorn bu sessiyaya da gec – startdan 40 dəqiqə sonra qoşula bilib. Lakin davam edən problemlər belçikalıya çox dövrə vurmağa imkan verməyib. Startdan 17 dəqiqə sonra Karlos Sayns tüstülənən maşını saxlamalı olub və Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.

Valtteri Bottas Çində məşqlərdə yaşadığı problemlə burada da qarşılaşıb – “üzgəc”in başındakı qanad qopduğundan boksa qayıtmalı olub. Lakin sonra məşqlərə davam edə bilib. Onun maşınından qopan hissə Maks Ferstappenin maşınını zədələyib və RB13-ün altlığının dəyişdirilməsi Maks üçün xeyli vaxt itkisinə səbəb olub.

Birinci sessiyadan fərqli olaraq, bu dəfə Medium təkərlərdən istifadə olunmayıb – sürücülər sessiyanın əvvəlində Soft, sonra isə SuperSoft təkərlərlə işləyiblər.

Sebastyan Fettel güc qurğusundakı problemə görə maşını son döngədəki təhlükəsizlik zonasında saxlamalı olub. Marşallar SF70H-ı mexaniklərə çatdırıblar, lakin bir qədər sonra Fettel yenidən boksu tərk edib. Onun SuperSoft-la ilk cəhddə vurduğu dövrə ən sürətli olub – 1:31.310. Sürücülər SuperSoft tərkiblə 20-dən çox dövrə vurublar, bu da yarışda bir pit-stopun olacağından xəbər verir.

Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:31.31029
277Valtteri BottasMercedes AMG1:31.351+ 0:00.04135
33Daniel RikkardoRed Bull1:31.376+ 0:00.06628
47Kimi RəykkönenFerrari1:31.478+ 0:00.16834
544Lyuis HəmiltonMercedes AMG1:31.594+ 0:00.28435
627Niko HülkenberqRenault1:31.883+ 0:00.57337
719Felipe MassaWilliams1:32.079+ 0:00.76937
83Maks FerstappenRed Bull1:32.245+ 0:00.93518
98Roman QrojanHaas1:32.505+ 0:01.19534
1026Daniil KvyatToro Rosso1:32.707+ 0:01.39735
1120Kevin MaqnussenHaas1:32.854+ 0:01.54433
1231Esteban OkonForce İndia1:32.875+ 0:01.56538
1330Colion PalmerRenault1:32.876+ 0:01.56638
1414Fernando AlonsoMcLaren1:32.897+ 0:01.58731
1511Serxio PeresForce İndia1:33.319+ 0:02.00934
1618Ləns StrollWilliams1:33.361+ 0:02.05136
179Markus ErikssonSauber1:33.944+ 0:02.63434
1855Karlos SaynsToro Rosso1:34.072+ 0:02.7625
1994Paskal VerlyaynSauber1:34.117+ 0:02.80729
202Stoffel VandornMcLaren1:34.230+ 0:02.9208

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 002
Teqlər , , , , , , ,
Paylaş

logo