20 Oktyabr 2017, Cümə - 07:09

Bəhreyn-2017: DHL Fastest Pit Stop Award

Bəhreyn-2017: DHL Fastest Pit Stop Award

Müəllif: Elçin Zodorov, redaktor

10:10 - 20 Aprel, 2017

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

Bu ildən DHL şirkətinin təsis etdiyi Fastest Pit Stop Award mükafatı yeni qaydalarla keçirilir – yarışın gedişində ən sürətli pit-stoplara görə komandalara elə əsl yarışda olduğu kimi xallar verilir. Şirkət bu yolla mükafat uğrunda mübarizəni daha maraqlı etdiyini düşünür, amma hələlik keçən il olduğu kimi bu çempionatda Williams komandası hegemonluq edir.

F-1.az bildirir ki, Williams-Felipe Massa tandemi Bəhreyndə yenə də keçilməz olub. Qrouvlu komandanın mexanikləri braziliyalının maşınında dörd təkəri 2.34 saniyəyə dəyişiblər. Bu, daha enli yeni təkərlərlə indiyə qədər edilmiş ən sürətli pit-stopdur. Burada uğur əsasən mexaniklərin adına yazılır, lakin Massanın rolunu da danmaq olmaz. Təcrübəli sürücü maşını işarələnmiş yerdə düz saxlayaraq onların işini xeyli asanlaşdırır.

Force İndia da bu sahədə fərqlənən komandalardan biri olub. Hər iki sürücüsü ilə etdiyi pit-stop ilk onluğa düşüb – onlar ikinci və dördüncü yerləri tutublar. Komanda ümumi nəticədə üçüncü yerə yüksəlib. McLaren komandası Fernando Alonso üçün ən sürətli 9-cu pit-stopla bu il ilk xallarını qazanıb. Renault və Sauber komandaları isə ilk üç yarışda hələ də ilk onluğa düşə bilməyiblər…

 

KomandaAvstraliyaÇinBəhreynRusiyaİsaniyaMonakoKanadaAzərbaycanAvstriyaBritaniyaMacarıstanBelçikaİtaliyaSinqapurMalayziyaYaponiyaABŞMeksikaBraziliyaƏbu DabiCəmi
Williams40253196
Red Bull6271952
Force İndia6123048
Ferrari11201041
Mercedes AMG261835
Toro Rosso1210123
Haas0606
McLaren0022
Renault0000
Sauber0000

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 045
Teqlər , , , ,
Paylaş

logo