11 Dekabr 2017, Bazar ertəsi - 17:12

Bəhreyn-2017: Bukmeyker cədvəlləri

Bəhreyn-2017: Bukmeyker cədvəlləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:15 - 11 Aprel, 2017

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər Lyuis Həmiltonun Şanxayda qələbəsini bu dəfə də nəzərə alıblar – Lyuis əsas rəqibi Sebastyan Fetteldən Bəhreyndə qələbəyə daha şanslı hesab edilir. Cədvəldə növbəti yerləri lider komandaların finladniyalı sürücüləri Bottas və Rəykkönen tuturlar. Red Bull sürücülərinin quru və isti Saxirdə qələbə şansı az dəyərləndirilib…

Çin Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton1.83
Sebastyan Fettel2.87
Valtteri Bottas7.50
Kimi Rəykkönen10.00
Maks Ferstappen34.00
Daniel Rikkardo41.00

 

Mövsümün sonunda titul uğrunda mübarizədə də Lyuis get-gedə Sebastyandan uzaqlaşır. Bu dəfə bukmeykerlər Ferstappenin şanslarını Rəykkönenlə bərabər qiymətləndiriblər…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton1.65
Sebastyan Fettel2.75
Valtteri Bottas21.00
Kimi Rəykkönen, Maks Ferstappen34.00
Daniel Rikkardo41.00

 

Mövsümün ikinci yarışından sonra Mercedes komandası bukmeykerlərin cədvəlində liderliyini möhkəmlədib, Red Bull isə artıq çox geridə qalıb…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG1.40
Ferrari3.00
Red Bull34.00
Force İndia, Williams, McLaren, Toro Rosso, Renault1001.00
Haas2001.00
Sauber2501.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 245
Teqlər , , , , ,
Paylaş

logo