19 Noyabr 2017, Bazar - 08:42

B.Britaniya Qran Prisi: Yarış

B.Britaniya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:51 - 01 İyul, 2013

Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +34° C Silverstounda əvvəlcə son Qran Prilərin adət etdiyimiz senarisi təkrar olunub. […]

Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +34° C

Silverstounda əvvəlcə son Qran Prilərin adət etdiyimiz senarisi təkrar olunub. Cümə günü komandaların işinə yağış mane olub, şənbə günü Mercedes AMG-nin sürücüləri ilk start cərgəsini inamla zəbt ediblər – Lyuis Həmilton ev trasında Niko Rosberqi təxminən yarım saniyə qabaqlayıb.

Sıralanma turundan sonra hamı Mercedes AMG komandasının yarış tempini aktiv müzakirə edib – Ross Braunun komandası yarış məsafəsində təkərlərin yeyilməsinin qarşısını ala biləcəkmi? Rəylər müxtəlif olub…

İkinci start cərgəsini isə Red Bull sürücüləri zəbt ediblər. Lotus və Ferrari komandaları üçün isə sıralanma turu gözlənilməz başa çatıb – Rəykkönen və Alonso son sessiyanın protokollarında sonuncu yerləri tutublar. Axşam isə daha bir gözlənilməz xəbər gəlib – beşinci nəticə göstərmiş Pol di Restanın nəticəsi çəki çatışmazlığı üzündən protokollardan xaric edilib. Ona görə də ilk dördlükdən başqa hamı start düzlüyündə bir mövqe irəli çəkilib.

Pirelli şirkəti Silverstouna ən bərk təkər cütlüyünü gətirib – Hard və Medium, həm də bu təkərlər arxada qalan 7 yarışda istifadə olunan təkərlərdən fərqli texnologiya ilə hazırlanıblar. Amma sərbəst yürüşlərdə Serxio Peresin maşınında sol arxa təkər partlayıb – Pirelli-nin rəsmiləri bildiriblər ki, partlamaya səbəb təkərin deşilməsi olub.

Yekunda Hard təkərlərlə Batton, Vern, Hülkenberq, Qutyerres, Pik, di Resta və van der Qarde starta çıxıblar, digər sürücülər isə Medium-a üstünlük veriblər.

Startda Həmilton poulun üstünlüyünü saxlaya bilib, Fettel isə Rosberqi qabaqlayıb, Uebber startda ləngiyib və birinci döngədə Qrojanla təmas yaşayaraq arxa cərgələrə düşüb. Sutil dördüncü yerə yüksəlib, ən möhtəşəm start isə Massadan gəlib – 11-ci yerdən 5-ci yerə qalxıb. Alonso McLaren sürücülərin araxsına düşsə də, növbə ilə onları keçib. 2-ci dövrədə isə Alonso Qrojanı qabaqlayıb. 3-cü dövrədə ilk onluq: Həmilton – Fettel – Rosberq – Sutil – Massa – Rəykkönen – Rikkardo – Alonso – Qrojan – Batton.

Həmilton ilk dövrələrdə Fetteldən sürətli olduğu üçün artıq 4-cü dövrədə fərqi 2 saniyəyə çatdıraraq özünü DRS zonalarında hücumdan qoruyub. Peres komanda yoldaşı Battonu qabaqlayıb, daha sonra isə Censonu Qrojanla təmasdan sonra ön antiqanadı qırılmış Uebber də keçib.

8-ci dövrədə Həmiltonun maşınında arxa sol təkər partlayıb – eynilə Peresdə sərbəst yürüşlərdə olduğu kimi. Lyuis dövrənin əvvəlində olduğu üçün uzun müddət boksa getməli olub və trasa sonuncu yerdə qayıdıb.

10-cu dövrədə Massanın maşınında sol arxa təkər partlayıb – yenə də dövrənin əvvəli olduğu üçün Massa da trasa sonuncu yerdə qayıdıb. Mühəndislər sürücülərdən xahiş ediblər ki, 3-cü və 5-ci döngələr arasında ehtiyatlı olsunlar və porebriklərə hücum etməsinlər.

Bu iki insident sürücülərin kütləvi şəkildə boksa getməsinə səbəb olub. 10-cu dövrədə Qrojan və di Resta, 11-ci dövrədə Alonso və Uebber, 12-ci dövrədə Rəykkönen, Rikkardo və Batton, 13-cü dövrədə Rosberq və Sutil, 14-cü dövrədə Fettel və Peres yeni təkər dəsti alıblar. Mühəndis Fettelə xəbər verib ki, maşından çıxarılan arxa təkərlərdə təzyiq aşağı düşübmüş, təkərlərin partlamasına az qalıbmış.

14-cü dövrədə Lotus sürücüləri Verni keçərkən fransalı sürücünün də maşınında sol arxa təkər partlayıb – komandanın xahişi ilə Qrojan Rəykköneni irəli buraxıb.

Üç maşından trasa dağılan qırıntıları təmizləmək üçün Təhlükəsizlik Maşını trasa çıxıb. TM-in arxasında ilk onluq: Fettel – Rosberq – Sutil – Alonso – Rəykkönen – Qrojan – Rikkardo – Peres – Uebber – Batton.

22-ci dövrədə restart elan olunub, Fettel liderliyini qoruya bilib və rəqiblərindən uzaqlaşmağa başlayıb. Uebber Peresi üstələyərək 8-ci yerə yüksəlib. 23-cü dövrədə ilk onluq: Fettel – Rosberq – Sutil – Alonso – Rəykkönen – Qrojan – Rikkardo – Uebber – Peres – Batton.

24-cü dövrədə Bottas və Massa Verni keçiblər, 25-ci dövrədə Hülkenberq və Vern yeni təkər dəsti alıblar. 26-cı dövrədə Massa Bottası da üstəliyib. 27-ci dövrədə Qutyerres mexaniklərinə qonaq olub, trasda isə Rikkardo Qrojanı keçərək 6-cı yerə yüksəlib, Qrojan isə Uebberi də irəli buraxmalı olub.

29-cu dövrədə Rəykkönen, 30-cu dövrədə Alonso, 31-ci dövrədə Uebber, 32-ci dövrədə Rikkardo və Batton, 33-cü dövrədə di Resta, Sutil və Peres növbəti pit-stoplarını gerçəkləşdiriblər. Uebber yeni təkərlərlə əvvəlcə Həmiltonu, daha sonra isə Alonsonu keçib. 34-cü dövrədə Rosberq, 35-ci dövrədə Fettel boksa giriblər və trasa da ilk iki yerdə qayıdıblar. 36-cı dövrədə Həmilton və Massa boksa baş çəkiblər. Vern yarışı dayandırmalı olub – təkərin partlamasından sonra maşın ciddi zədələr alıb. Batton Qrojanı üstələyərək 9-cu yerə qalxıb. 39-cu dövrədə ilk onluq: Fettel – Rosberq – Rəykkönen – Uebber – Alonso – Sutil – Rikkardo – Peres – Batton – Qrojan.

40-cı dövrədə Həmilton da Qrojanı keçərək ilk onluğa qayıdıb. 41-ci dövrədə isə Fettelin maşınında ötürmələr qutusu sıradan çıxıb – Sebastyan yarışı dayandırmalı olub. Dünya çempionu maşını pis yerdə saxladığı üçün trasa Təhlükəsizlik Maşını çıxıb. Rosberq, Uebber, Qrojan, di Resta və Massa fürsətdən istifadə edərək yeni təkər dəsti alıblar. TM-in arxasında ilk onluq: Rosberq – Rəykkönen – Sutil – Uebber – Rikkardo – Peres – Batton – Alonso – Həmilton – Qrojan.

46-cı dövrədə restart elan olunub. Rosberq liderliyini qoruya bilib. Alonso Battonu qabaqlayıb və onun düz önündə Peresin maşınında sol arxa təkər partlayıb, Serxio maşınını boksda saxlayıb. Həmilton və Massa Rikkardonu keçiblər, Uebber əvvəlcə Sutili, daha sonra isə Rəykköneni keçib və Rosberqi təqib etməyə başlayıb. Alonso Rikkardonu, Sutili və Rəykköneni keçərək 3-cülüyə yüksəlib. Komandanın səhv taktikasının qurbanı olan Rəykköneni son dövrədə Həmilton da keçib.

Rosberq mövsümdə 2-ci, karyerasında isə 3-cü qələbəsini qazanıb. Uebber ona cəmi 0.7 saniyə uduzub, Alonso isə podiumun aşağı pilləsini qazanmaqla çempionatda Fettellə fərqi azaldıb.

Britaniya yarışı ənənəvi olaraq maraqlı alınıb, amma təkər problemləri yarışın gedişinə ciddi təsir ediblər, ona görə də Pirelli yarışdan sonra tənqid atəşəsinə tutulacaq. Növbəti yarışa isə cəmi bir həftə qalır…

YerPilotKomandaMotorVaxt
01N.RosberqMercedes AMGMercedes1.32:59.456
02M.UebberRed BullRenault+ 0:00.765
03F.AlonsoFerrariFerrari+ 0:07.124
04L.HəmiltonMercedes AMGMercedes+ 0:07.756
05K.RəykkönenLotusRenault+ 0:11.257
06F.MassaFerrariFerrari+ 0:14.573
07A.SutilForce İndiaMercedes+ 0:16.335
08D.RikkardoToro RossoFerrari+ 0:16.543
09P.di RestaForce İndiaMercedes+ 0:17.943
10N.HülkenberqSauberFerrari+ 0:19.709
11P.MaldonadoWilliamsRenault+ 0:21.135
12V.BottasWilliamsRenault+ 0:25.094
13C.BattonMcLarenMercedes+ 0:25.969
14E.QutyerresSauberFerrari+ 0:26.285
15Ş.PikCaterhamRenault+ 0:31.613
16J.ByankiMarussiaCosworth+ 0:36.097
17M.ÇiltonMarussiaCosworth+ 1:07.660
18Q.van der QardeCaterhamRenault+ 1:07.759
19R.QrojanLotusRenault+ 1 dövrə
20S.PeresMcLarenMercedes+ 6 dövrə
S.FettelRed BullRenault
J.E.VernToro RossoFerrari

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:33.401 (52-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault132
02F.AlonsoFerrariFerrari111
03K.RəykkönenLotusRenault98
04L.HəmiltonMercedes AMGMercedes89
05M.UebberRed BullRenault87
06N.RosberqMercedes AMGMercedes82
07F.MassaFerrariFerrari57
08P.di RestaForce İndiaMercedes36
09R.QrojanLotusRenault26
10C.BattonMcLarenMercedes25
11A.SutilForce İndiaMercedes23
12J.E.VernToro RossoFerrari13
13S.PeresMcLarenMercedes12
14D.RikkardoToro RossoFerrari11
15N.HülkenberqSauberFerrari6
16P.MaldonadoWilliamsRenault0
17V.BottasWilliamsRenault0
18E.QutyerresSauberFerrari0
19J.ByankiMarussiaCosworth0
20Ş.PikCaterhamRenault0
21M.ÇiltonMarussiaCosworth0
22Q.van der QardeCaterhamRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault219
02Mercedes AMGMercedes171
03FerrariFerrari168
04LotusRenault124
05Force İndiaMercedes59
06McLarenMercedes37
07Toro RossoFerrari24
08SauberFerrari6
09WilliamsRenault0
10MarussiaCosworth0
11CaterhamRenault0

B.Britaniya Qran Prisi: Yarış

B.Britaniya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:48 - 09 İyul, 2012

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +32° C Britaniya havasını gözlənilməz adlandırırlar, amma cümə günü proqnoz tam düzgün […]

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +32° C

Britaniya havasını gözlənilməz adlandırırlar, amma cümə günü proqnoz tam düzgün alınmışdı – bütün günü yağış yağdığı üçün sürücülər demək olar ki, trasa çıxmamışdılar. Dünən səhər quru trasda sürücülər cəmi bir saat işləyə bilmişdilər, sıralanma turu isə güclü yağış üzündən dayandırılmışdı.

Nəticədə poulu Fernando Alonso qazanaraq həm özünə, həm də Ferrari-yə 31 yarışdan sonra ilk poul sevinci yaşadıb. Dörd sürücünü isə startda yer itirmək cəriməsi gözləyib – Vern (+10) və Kobayaşi (+5) hələ Valensiyadakı insidentlərə görə cərimələnmişdilər, Hülkenberq (+5) və Pik (+5) isə maşınlarında ötürmələr qutusu dəyişdirildiyi üçün dünən cəzalandırlmışdılar.

Proqnoz bazar gününə də, xüsusən də yarış vaxtına güclü yağış vəd edirdi, ona görə də komandaların hamısı yağış sazlanmalarına üstünlük verib, lakin yağışın start quru havada baş tutub.

Vitaliy Petrov boksu tərk etdikdən sonra maşınında problemlər yaşanıb, maşını boksa qaytaran mexaniklər motorun imtinası faktı ilə üzləşiblər – rusiyalı sürücü starta çıxa bilməyib. Yağışlı sıralanma turundan sonra sürücülər təkər seçimində azad olublar və ilk onluqda yalnız Alonso və Həmilton Hard tərkibini seçiblər.

Startda Alonso poulun üstünlüyünü qoruyub, Massa Fetteli, Maldonado Rəykköneni keçiblər. Pol di Resta Qrojanın maşınına ilişərək arxa sağ təkərini deşib – hər iki sürücü boksa yollanıb, Roman yarışı davam etdirib, Pol isə bir dövrədən sonra boksa qayıdaraq maşını tərk edib. Peres birinci dövrənin sonunda altı mövqe qazanan sürücü olub. 3-cü dövrədə ilk onluq: Alonso – Uebber – Şumaher – Massa – Fettel – Maldonado – Rəykkönen – Həmilton – Peres – Senna.

9-cu dövrədə Fettel birinci olaraq pitə yollanıb. 10-cu dövrədə Massa Şumaheri keçib, Maldonado və Peres isə pit-stop reallaşdırıblar. Trasa qayıtdıqdan sonra sürücülər arasında təmas baş verib və Serxio yarışı dayandırmalı olub, Pastor isə boksa baş çəkdikdən sonra yarışı davam etdirib.

12-ci dövrədə Şumaher, 13-cü dövrdə Massa və Rəykkönen, 14-cü dövrədə Uebber, 15-ci dövrədə Alonso və Rosberq, 16-cı dövrədə Kobayaşi, Hülkenberq və Batton təkərlərini dəyişiblər. 18-ci dövrədə Alonso hələ pit-stop keçirməmiş Həmiltonu ötərək liderliyi özünə qaytarıb, 21-ci dövrədə isə britaniyalı sürücü mexaniklərinin qəbuluna yollanıb. Birinci pit-stoplar dalğasından sonra 22-ci dövrədə ilk onluq: Alonso – Uebber – Fettel – Massa – Şumaher – Rəykkönen – Həmilton – Qrojan – Kobayaşi – Hülkenberq.

23-cü dövrədə əvvəlcə Rəykkönen, bir neçə döngə sonra isə Həmilton Şumaheri keçiblər. 26-cı dövrədə Qrojan ilk planlı pit-stopunu gerçəkləşdirib. 28-ci dövrədə gözlənilmədən Həmilton pitə çağrılıb və Soft təkərlərlə qısa hissədən sonra yenidən Hard təkərlərlə trasa qayıdıb. 30-cu dövrədə Həmilton və Qrojan əvvəlcə Rosberqi, daha sonra isə Battonu qabaqlayıblar.

31-ci dövrədə Fettel və Batton, 33-cü dövrədə Uebber, 34-cü dövrədə Rəykkönen və Şumaher, 35-ci dövrədə Massa və Hülkenberq sonuncu pit-stoplarını keçiriblər. Qrojan Həmiltonu qabaqlayaraq 8-ci yerə yüksəlib.

37-ci dövrədə yarışın lideri Alonso sonuncu pit-stopunu keçirib – komanda yarışın son hissəsinə Soft təkərlərini seçib. Bu zaman Mark hard təkərlərlə çox yüksək tempdə sürətli dövrələr göstərməyə başlayıb, ona görə də Alonso elə ilk dövrələrdən sarı təkərlərlə hücum etməli olub. 38-ci dövrədə Rosberq və Kobayaşi pitə yollanıblar, almaniyalı sürücünün mexanikləri ləngiyiblər, yaponiyalı sürücü isə təkərləri bloka salaraq bir neçə mexanikini vurub. 40-cı dövrədə ilk onluq: Alonso – Uebber – Fettel – Massa – Rəykkönen – Qrojan – Həmilton – Şumaher – Hülkenberq – Senna.

Finişə on dövrə qalmış Alonsonun maşının sürəti aşağı düşüb – Soft təkərlərinin effektliyi azalıb, Hard təkərlərlə Mark aradakı fərqi azaldıb və 47-ci dövrədə Alonsonu keçərək yarışda liderliyi ələ alıb.

Mark Uebber yarışda qalib gələrək karyerasında 9-cu, mövsümdə isə 2-ci qələbəsini qazanıb. Alonso finiş xəttini ikinci keçərək çempionatda liderliyini qoruyub. Sebastyan Fettelin Silverstounda üçüncü yeri Red Bull komandasına Mühəndislər Kubokunda liderliyini möhkəmlətməyə imkan verib.

YerPilotKomandaMotorVaxt
01M.UebberRed BullRenault1.25:11.288
02F.AlonsoFerrariFerrari+ 0:03.060
03S.FettelRed BullRenault+ 0:04.836
04F.MassaFerrariFerrari+ 0:09.519
05K.RəykkönenLotusRenault+ 0:10.314
06R.QrojanLotusRenault+ 0:17.101
07M.ŞumaherMercedes AMGMercedes+ 0:29.153
08L.HəmiltonMcLarenMercedes+ 0:36.463
09B.SennaWilliamsRenault+ 0:43.347
10C.BattonMcLarenMercedes+ 0:44.444
11K.KobayaşiSauberFerrari+ 0:45.370
12N.HülkenberqForce İndiaMercedes+ 0:47.856
13D.RikkardoToro RossoFerrari+ 0:51.241
14J.E.VernToro RossoFerrari+ 0:53.313
15N.RosberqMercedes AMGMercedes+ 0:57.394
16P.MaldonadoWilliamsRenault+ 1 dövrə
17H.KovalaynenCaterhamRenault+ 1 dövrə
18T.QlokMarussiaCosworth+ 1 dövrə
19Ş.PikMarussiaCosworth+ 1 dövrə
20P.de la RosaHRTCosworth+ 2 dövrə
21N.KartikeyanHRTCosworth+ 2 dövrə
S.PeresSauberFerrari
P.di RestaForce İndiaMercedes
V.Petrov(*)CaterhamRenault

Sürətli dövrə: Kimi Rəykkönen (Lotus) – 1:34.661 (50-ci dövrə).

Qeyd: (*) – Vitaliy Petrovun maşınında startdan əvvəl motor imtina edib və sürücü starta çıxmayıb.

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01F.AlonsoFerrariFerrari129
02M.UebberRed BullRenault116
03S.FettelRed BullRenault100
04L.HəmiltonMcLarenMercedes92
05K.RəykkönenLotusRenault83
06N.RosberqMercedes AMGMercedes75
07R.QrojanLotusRenault61
08C.BattonMcLarenMercedes50
09S.PeresSauberFerrari39
10P.MaldonadoWilliamsRenault29
11P.di RestaForce İndiaMercedes27
12M.ŞumaherMercedes AMGMercedes23
13F.MassaFerrariFerrari23
14K.KobayaşiSauberFerrari21
15B.SennaWilliamsRenault18
16N.HülkenberqForce İndiaMercedes17
17J.E.VernToro RossoFerrari4
18D.RikkardoToro RossoFerrari2
19H.KovalaynenCaterhamRenault0
20V.PetrovCaterhamRenault0
21T.QlokMarussiaCosworth0
22Ş.PikMarussiaCosworth0
23N.KartikeyanHRTCosworth0
24P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault216
02FerrariFerrari152
03LotusRenault144
04McLarenMercedes142
05Mercedes AMGMercedes98
06SauberFerrari60
07WilliamsRenault47
08Force İndiaMercedes44
09Toro RossoFerrari6
10CaterhamRenault0
11MarussiaCosworth0
12HRTCosworth0

B.Britaniya Qran Prisi: Yarış

B.Britaniya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:39 - 17 İyul, 2011

Startdan əvvəl yağış, qurumaqda olan tras, sonda quru tras. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +27° C Mövsümün əvvəlindən […]

Startdan əvvəl yağış, qurumaqda olan tras, sonda quru tras. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +27° C

Mövsümün əvvəlindən bir çox komandalar yeni maşınlarını sorucu diffuzorlar üzərində qurmuşdular, amma Silverstoun uik-endi ərəfəsində FİA bu diffuzorun istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edib. Britaniya havası əvvəlcə sürücülərə cümə günü yarışa gətirdikləri yenilikləri yoxlamağa mane olub, dünən isə sıralanma turunda qüvvələr nisbətinə təsir edib.

Hərçənd, mövsümdə doqquzuncu dəfə poulu Red Bull qazanıb, amma bu dəfə Ferrari sürücüləri çox yaxın olublar, komanda reqlamentdəki dəyişikliklər və effektiv yenilənmə sayəsində ciddi tərəqqiyə nail olub.

Səhər dəstək yarışlarının hamısı quru havada keçib, amma yarışdan yarım saat əvvəl güclü qısamüddətli yağış yağıb. Sürücülər trasa keçid təkərlərlə çıxıblar, Serxio Peres maşını saxlaya bilməyib, Pirelli-nin reklam baryerinə çırpılıb – sürücü boksa qayıdaraq burun elementini dəyişməli olub.

Startda Fettel Uebberi qabaqlaya bilib, Həmilton 10-cu yerdən 6-cı yerə yüksəlib, ikinci dövrədə isə Battonu qabaqlayaraq 5-ci olub. Fettel rəqiblərindən uzaqlaşmağa başlayıb və beşinci dövrədə komanda yoldaşından 4 saniyə uzaqlaşıb.

6-cı dövrədə Toro Rosso sürücüləri Petrovu keçiblər, 9-cu dövrədə Şumaher və Kobayaşi təmas yaşayıblar – almaniyalı sürücü ön antiqanadı dəyişmək üçün boksa yollanmalı olub və slik təkərlərə keçib. Stüardları insidenti araşdıraraq Mixaelə 10 saniyəlik stop&go cəriməsi veriblər.

Trayektoriya qurumağa başlayıb, Şumaher sliklərlə trasda ən sürətli olduğu üçün rəqibləri də boksa tələsiblər. Kobayaşiyə qulluq zamanı mexaniklər səhvə yol veriblər, sürücü Maldonado ilə toqquşmadan güclə qurtula bilib – stüardlar bu insidentə görə də 10 saniyəlik stop&go cəriməsini tətbiq ediblər.

14-cü dövrədə Batton Massanı keçərək 5-ciliyə yüksəlib, 15-ci dövrədə isə Həmilton Alonsonu keçərək 3-cü olub. İlk dördlük, Fettel, Uebber, Həmilton və Alonso 8 saniyə intervalında yerləşiblər.

24-cü döngədə Alonso Həmiltonu DRS-in köməyi ilə qabaqlayıb və Lyuis dərhal pit-stopa yönəlib. Kobayaşinin maşınında motor imtina edib, Buemi ilə təmasdan sonra di Resta yeni antiqanad üçün təkrar boksa yollanıb. Bueminin maşınında isə təkər deşilib və dağılıb, sürücü yarışı dayandırmalı olub.

27-ci dövrədə Uebber, Batton və Massa pit-stopa gediblər, bir dövrə sonra isə Fettel və Alonso mexaniklərin qonağı olublar. Almaniyalı sürücünün mexanikləri səhvə yol veriblər və Alonso trasa lider kimi qayıdıb, Həmilton isə bir saniyə ondan geri qalıb. Bir-iki dövrə sürücülər mübarizə aparsalar da, Lyuisin maşını tezliklə sürətini itirib və Alonso uzaqlaşıb. Bundan sonra Fettel onu keçməyə cəhd göstərib, amma cəhdləri uğur verməyib. Nəhayət, 37-ci dövrədə pit-stopa reallaşdıran Sebastyan bir dövrə trasda çox qalan Lyuisi qabaqlaya bilib. 39-cu dövrədə Uebber, 40-cı dövrədə Alonso və Batton yeni təkər dalınca pit-stopa baş vurublar, amma McLaren mexanikləri ön sağ təkəri bağlamadıqları üçün Censon yarışı dayandırmalı olub. 42-ci dövrədə Massa təkərlərini dəyişib.

Komanda Həmiltona yanacağa qənaət etmək xəbərini verib, Lyuis sürətini azaltmalı olub və 46-cı dövrədə Uebberi irəli buraxıb. Son döngələrdə isə Massa gərgin mübarizədən qalib çıxıb. Son dövrələrdə Red Bull sürücüləri də mübarizə aparıblar – Mark bir neçə həmlə edib və komandanın “mövqeyini qoru” xəbərinə məhəl qoymayıb.

Fernando Alonso mövsümdə birinci və karyerasında 27-ci qələbəsini qazanıb, sonrakı yerləri isə Red Bull sürücüləri tutublar. Fettel şəxsi hesabda üstünlüyünü bir qədər də artırıb, indi almaniyalı sürücü komanda yoldaşını 80 xal qabaqlayır, Alonso üçüncü yerə yüksəlib. Komandaların yarışında da Red Bull artıq əlçatmazdır.

YerPilotKomandaMotorVaxt
01F.AlonsoFerrariFerrari1.28:41.196
02S.FettelRed BullRenault+ 0:16.511
03M.UebberRed BullRenault+ 0:16.947
04L.HəmiltonMcLarenMercedes+ 0:28.986
05F.MassaFerrariFerrari+ 0:29.010
06N.RosberqMercedes GPMercedes+ 1:00.665
07S.PeresSauberFerrari+ 1:05.590
08N.HaydfeldLotus Renault GPRenault+ 1:15.542
09M.ŞumaherMercedes GPMercedes+ 1:17.912
10X.AlgersuariToro RossoFerrari+ 1:19.108
11A.SutilForce İndiaMercedes+ 1:19.712
12V.PetrovLotus Renault GPRenault+ 1:20.681
13R.BarrikelloWilliamsCosworth+ 1 dövrə
14P.MaldonadoWilliamsCoswort+ 1 dövrə
15P.di RestaForce İndiaMercedes+ 1 dövrə
16T.QlokMarussia VirginCosworth+ 2 dövrə
17J.D’AmbrozioMarussia VirginCosworth+ 2 dövrə
18V.LiutsiHispaniaCosworth+ 2 dövrə
19D.RikkardoHispaniaCosworth+ 3 dövrə
H.KovalaynenTeam LotusRenault
Y.TrulliTeam LotusRenault
K.KobayaşiSauberFerrari
S.BuemiToro RossoFerrari
C.BattonMcLarenMercedes

Sürətli dövrə: Fernando Alonso (Ferrari) – 1:34.908 (41-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault204
02M.UebberRed BullRenault124
03F.AlonsoFerrariFerrari112
04L.HəmiltonMcLarenMercede109
05C.BattonMcLarenMercedes109
06F.MassaFerrariFerrari52
07N.RosberqMercedes GPMercedes40
08N.HaydfeldLotus Renault GPRenault34
09V.PetrovLotus Renault GPRenault31
10M.ŞumaherMercedes GPMercedes28
11K.KobayaşiSauberFerrari25
12A.SutilForce İndiaMercedes10
13X.AlgersuariToro RossoFerrari9
14S.PeresSauberFerrari8
15S.BuemiToro RossoFerrari8
16R.BarrikelloWilliamsCosworth4
17P.di RestaForce İndiaMercedes2
18P.de la RosaSauberFerrari0
19Y.TrulliTeam LotusRenault0
20V.LiutsiHispaniaCosworth0
21J.D’AmbrozioMarussia VirginCosworth0
22H.KovalaynenTeam LotusRenault0
23P.MaldonadoWilliamsCoswort0
24T.QlokMarussia VirginCosworth0
25N.KartikeyanHispaniaCosworth0
26D.RikkardoHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault328
02McLarenMercedes218
03FerrariFerrari164
04Mercedes GPMercedes68
05Lotus Renault GPRenault65
06SauberFerrari33
07Toro RossoFerrari17
08Force İndiaMercedes12
09WilliamsCosworth4
10Team LotusRenault0
11HispaniaCosworth0
12Marussia VirginRenault0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 153
Teqlər , , , ,
Paylaş

logo